Ukraynada dronlara qarşı 'kirpi zirehlər'
Bu ilin payızından Ukraynanı işğal edən tankların üstündə tikanlı metal örtük görünməyə başlayıb. Bunun dronlara qarşı yeni növ zireh qoruması olduğu görünür.

AzadlıqRadiosunun jurnalisti Amos Çappl yazır ki, bu zireh eyni uzunluqda polad kabellərdən hazırlanır. Bu kabelləri tellərə ayırırlar. Tikanlı tellər isə sonradan tankın və ya digər texnikanın üzərində metal qəfəsə bərkidilir.

Ukrayna münaqişəsində hər iki tərəf bunu "kirpi zirehi" adlandırır.

Ukraynanın 93-cü mexanikləşdirilmiş briqadasının mətbuat zabiti İrina Rıbakova AzadlıqRadiosuna deyir ki, "tüklü" zireh dronları özünə ilişdirərək partlamamasına, yaxud zirehdən kənarda partlamasına səbəb olur.

Kamikadze dronları necə zərərsizləşdirilir
FPV kamikadze dronlarının çoxunun döyüş başlığındakı fitil irəli çıxmış şəkildədir, toqquşma zamanı partlayır. Yeni tikanlı zireh isə dronun fitilini dolaşdırır və sərt səthə çatmadan zərərsizləşdirir.

Rıbakovanın dediyinə görə, Donetsk vilayətində, Toretsk yaxınlığında bir Rusiya "kirpi tank"ı Ukraynanın FPV dronlarının onlarla zərbəsini beləcə zərərsizləşdirəndən sonra məhv edilib. "Kirpi zirehi" Rusiyanın "Lanset" kimi daha iri və sürətli kamikadze dronlarından daha zəif qoruyur, - o əlavə edir.

Münhendəki Bundesver Universitetinin professoru və hərbi eksperti Karlo Masala AzadlıqRadiosuna deyib ki, son antidron tədbiri müharibədə manevr imkanlarının bərpası üçün taktika kimi görünür.

Hazırda münaqişənin hər
iki tərəfi bir vaxtlar hərbi taktikanın əsas elementi olan zirehli hücumlarda çətinlik çəkir.

Masalanın sözlərinə görə, son aylar yalnız bir neçə əsgər düşmən arxasına sıza bilib. Böyük hərbi qüvvə və texnika hərəkətləri isə, əsasən, dumanlı günlərdə baş verir, çünki bu zaman kəşfiyyat və FPV dronlarının təhlükəsi azalır.

Ukraynalı hərbçilər dron pərlərini ilişdirmək üçün metal qəfəsə plastik məftillər quraşdırırlar.

Mənfiləri də var
Yeni zirehin tank heyəti üçün ciddi mənfi cəhətləri də var.

Bir Rusiya tankçısı müsahibəsində tankın "kirpi zirehi" ilə təchiz olunmasından danışıb. Dediyinə görə, əlavə çəki tank 10 kilometr getməmiş, ötürücü hissələrdən birinin sıradan çıxması ilə nəticələnmiş. O, "kirpi zirehi"nin həcminin tankın mexanizmləri üçün böyük yük olduğunu deyib.

Rıbakova mayda "kirpi zirehi"nin ilk versiyalarından birini görübmüş. Onda ukraynalı hərbçilər dron pərlərini ilişdirmək üçün metal qəfəsə plastik kabellər quraşdırmışdılar.

Bu ağır hərəkətli texnika Ukrayna qoşunları mövqelərindən çəkiləndə diqqəti yayındırmaq üçün istifadə olunub. "Düşmənin FPV-ləri tanka çırpıldı. Təxminən beş-altı zərbə baş verdi və ekipaj bunu, demək olar ki, hiss etmədi. Amma sonra düşmən tank əleyhinə mina atdı və mühərrik alışdı", – Rıbakova deyir.

"Tank heyf oldu, amma insanlar sağ qaldı və tapşırıq yerinə yetirildi", – sözçü vurğulayır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google