Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycandan Ermənistana
Gürcüstan ərazisindən ilk yanacaq tranziti üçün ödəniş almamağı
tapşırıb.
"Gürcüstan Dəmir Yolu"na sözügedən yükün bir dəfə və tamamilə
pulsuz daşınması tapşırılıb. Bu məlumatı Gürcüstanın İqtisadiyyat
və Davamlı İnkişaf Nazirliyi yayıb.
Bundan öncə Azərbaycan KİV-lərində "Azərbaycandan Ermənistana dəmir
yolu ilə yanacaq tədarükünün tarif maneələri səbəbindən gecikməsi"
haqda məlumat yayılıb.
Nazirliyin bəyanatında
deyilir ki, dekabrın 5-də tərəfdaş ölkələr
bu məsələ ilə Gürcüstan hökumətinə müraciət edib.
"Gürcüstan həm Ermənistanın, həm də Azərbaycanın
strateji və etibarlı tərəfdaşı olaraq qalır. Biz həmişə regionda
sülhü və əməkdaşlığı dəstəkləmişik və dəstəkləyirik",
– bəyanatda bildirilir.
"Minval Politika" "Gürcüstan sülhə qarşı oynayır: Tbilisi Bakının
səbrini sınayır" başlıqlı məqalədə yazırdı ki, Gürcüstan 111 km-lik
məsafə üçün tona 92 ABŞ dolları tarif təqdim edib, bu isə hər
kilometr üçün tona 0.82 dollar deməkdir.
"Müqayisə üçün: Azərbaycan ərazisində oxşar yüklər 680
km məsafəyə – Yalama stansiyasından Böyük-Kəsik stansiyasına 17 ABŞ
dollarına daşınır, yəni hər kilometr üçün tona 0.02 dollar. Bu,
Gürcüstanın təklif etdiyi tarifdən 40 dəfə aşağıdır. 40 dəfə fərq
bazar göstəricisi deyil, niyyətdir", – məqalədə
vurğulanırdı.
Azərbaycan mediası daha öncə yük maşını sürücülərinin üzləşdiyi
problemlərdən yazıb. İddia olunurdu ki, gürcü məmurlar sürücülərə
"Zəngəzur dəhliziniz hazır olanda Zəngəzurdan keçin" deyiblər.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Azərbaycan
yüklərinin bloklanması barədə məlumatları təkzib edib. Qurum belə
iddiaların həqiqətəuyğun olmadığını, ictimaiyyəti çaşdırdığını
vurğulayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415