Aeroportda 19 dəqiqəyə görə 4 il həbs. Qazaxıstanda jurnalist və fəalın başına gələnlər
Qazaxıstanda jurnalist və fəal Aygerim Tleujanovanın həbsdə səhhəti pisləşib, vəkillərin çoxsaylı müraciətlərindən sonra xəstəxanaya yerləşdirilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus sayırlar.

Fəal ölkədə "Qanlı yanvar" hadisələrindən sonra məhkum edilib. AzadlıqRadiosunun Orta Asiya üzrə rusca bölməsi –– "Azattyq Asia" onun anası və vəkili ilə danışıb.

Vəkili Aynara Aydarxanova deyir ki, müvəkkilini üç mühafizəçinin nəzarəti altında saxlayırlar, qandallar
çarpayıya bərkidilib. Onu noyabrın ortalarında Almatı vilayətindəki həbsxanadan çıxarıb xəstəxanaya yerləşdiriblər.

"Arıqlayıb, gözlərinin altı tuluqlayıb", – deyən vəkil fəalın həbsdə 10 kiloqram çəki itirdiyini, ona gərəkən tibbi yardım göstərilmədiyini deyir. İndi ümid edir ki, nəhayət, tam müayinə olunacaq.

"Həmişə soyuq olurdu"
39 yaşlı Tleujanova, vəkilinin dediyinə görə, cərrahiyə əməliyyatından sonra zəifləyib, çiban götürülüb, amma oktyabrda yenidən irinləmə gedib.

Fəalın anası isə günahı həbsxananın soyuq olmasında görür.

"Oraya nə vaxt gedirdim, həmişə soyuq olurdu. Çox köhnə binadır... O, sanitar bölmədə idi, amma orada da şəraitin yaxşı olduğunu deyə bilmərəm",
– Şekerxan Mırzaxanova deyib.

Aygerim Tleujanova anası ilə

Vəkili palataya girmək üçün mühafizə xidmətindən çətinliklə keçdiyini söyləyib. Üstəlik, xəstəxanada konfidensial söhbət edə bilmirlər, daim mühafizəçi yaxınlıqda olur.

"Azattyq Asia" Qazaxıstanın Səhiyyə Nazirliyinə sorğu göndərib. Qurum palatada dəmir arakəsmələri belə izah edib ki, mülki xəstəxanalarda xüsusi müəssisələrdən gətirilən pasiyentlərin "izolyasiya olunmuş" palatalarda saxlanmasına dair nazirin göstərişi var.

2023-cü ilim iyulunda Almatı məhkəməsi Tleujanovanı Almatı aeroportunda kütləvi iğtişaşların təşkilində təqsirli bilərək 4 il həbsə məhkum edib. İstintaqın versiyasına görə, o, poqromlara rəhbərlik edib, dispetçer xidmətlərindən tələb edib ki, Kollektiv Təhlükəsizlik Əməkdaşlığı Təşkilatı (KTMT) qüvvələrinin ölkəyə buraxılmaması üçün işi dayandırsın.

Tleujanova və onunla birlikdə mühakimə olunan dörd kişi ittihamları rədd ediblər.

"O, sadəcə aeroporta girib və çıxıb. Kim bilərdi ki, orada olduğu 19 dəqiqəyə görə onu həbs edərlər", – anası deyir.

Aygerim Tleujanova Almatıda piketdə

Yanvar hadisələri
Aeroportdan videogörüntülərdə kütlənin terminala girdiyi görünür, bəzilərinin əlində dəyənəklər var, Tleujanovanın əlində heç nə yoxdur. Qışqırıq eşidilir.

Hakimiyyət bildirir ki, "Yanvar hadisələri" vaxtı qastarbayter görkəmində yaraqlılar aeroportu ələ keçiriblər, məqsəd "Orta Asiya şəhərlərinin birindən gələn vətəndaşların keçidini təmin etmək olub". Bu informasiya sonradan təsdiqlənməyib. Amma bu hücumlarla bağlı informasiya Astanaya KTMT-yə hərbi kömək üçün müraciət etməyə əsas verib. KTMT qüvvələri iki həftə bu ölkədə qalıblar.

Tleujanova 2023-cü ilin noyabrında hökmə qarşı etiraz edərək aclıq aksiyası keçirib. Anası onun qətiyyətli və cəsur olduğunu deyir: "Həqiqəti demək onun uşaqlıq vərdişidir".

O, ölkədə keçirilən müxtəlif etiraz aksiyalarına qatılıb, bəzən saxlanılıb.

"Aygerim koloniyada işləmirdi. O, əvvəllər ingiliscəni tədris edib. Orada məktəb var və səhhətində problem çıxanadək orada işləyirdi", – vəkilinin sözləridir.

Ötən ilin yazında isə kamera yoldaşı ondan şikayət edib, təcili yardımın arayışında zərərçəkmişin barmağının sındığı yazılıb, cinayət işi açılıb. Amma sonrada "cinayət tərkibi olmadığı üçün" iş bağlanıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google