Dekabrın 9-na keçən gecə ABŞ-dən deportasiya olunmuş Rusiya
vətəndaşlarını daşıyan təyyarə Moskvaya enib.
Xəbəri "Agentstvo" nəşri "Russian America for Democracy in Russia"
təşkilatının rəhbəri Dmitri Valuyevə istinadla yayıb. Qahirədən
gələn reys son bir ildə sayca üçüncüdür.
Valuyevin dediyinə görə, ABŞ-dən deportasiya olunan rusiyalılara
təyyarədən düşən kimi hərbi komissarlığa çağırış vərəqələri
verilib. Bu sənədlərin onların hərbi qeydiyyata
alınması ilə bağlı
olduğu güman edilir. Hələlik, Moskvaya enişdən sonra kiminsə
saxlanması barədə bilgi yoxdur.
Rusiyalıları xüsusi reyslə Arizonadan Qahirəyə aparıblar. Valuyev
"Agentstvo"ya deyib ki, Misir paytaxtında deportasiya edilən
şəxslərə telefon, digər əşyalar verilib, onları Moskva reysinə
müşayiət ediblər.
"Agentstvo" ABŞ-dən Rusiyaya bundan öncə iyun və avqustda iki
kütləvi deportasiyanın gerçəkləşdirildiyini, bundan əlavə
insanların fərdi qaydada da ekstradisiya olunduğunu yazır.
Rusiyalı müxalifətçilərin Kanadaya müraciəti
Donald Tramp administrasiyası hakimiyyətə gələndən ABŞ-də
qeyri-qanuni miqrantlar və sığınacaq müraciəti təmin olunmayanlar
daha intensiv deportasiya olunurlar. Bu, Rusiya vətəndaşlarına da
aiddir.
Sentyabrda rusiyalı müxalifətçilər Vladimir Kara-Murza, Yuliya
Navalnaya və İlya Yaşin Kanadanın baş naziri Mark Karniyə müraciət
ediblər. Onlar ABŞ-dən deportasiya təhlükəsi ilə üzləşən Rusiya
vətəndaşlarını qəbul etməyə çağırıblar.
"Putin həbsxanalarından qaçan bir çox həmvətənlərimiz
Amerika miqrasiya həbsxanalarında qalıblar", – Yaşin
yazırdı.
"İnsanları Amerikadan sadəcə deportasiya edirlər. Bu,
böyük risklər yaradır, bəzən taleləri məhv edir", –
müxalifətçi qeyd edir. O, deportasiyadan sonra Rusiyada həbs olunan
müxalifətçi Leonid Melyoxinin işini xatırladıb. Sosial şəbəkələrdə
ABŞ-dən Rusiyaya deportasiya olunan fəal Aleksandr Qudun məsələsi
də geniş müzakirə olunub. O, İstanbulda tranzit zamanı başqa
təyyarəyə minib üçüncü ölkəyə uça bilib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.