Tədris ilində dövlət universitetlərinin nə qədər tələbə qəbul edə
biləcəyini hər il hökumət özü müəyyən edəcək.
Bu barədə hökumət tərəfindən parlamentə təqdim olunan, ali təhsil
haqqında qanuna dəyişikliklər nəzərdə tutan qanun layihəsində qeyd
olunur.
Məlum olduğu kimi, gələn ildən “Gürcü Arzusu”nun qərarı ilə dövlət
qrantı sistemi ləğv edilir. Dövlət universitetinə qəbul ola bilən
tələbə büdcə
vəsaiti hesabına – yəni pulsuz təhsil alacaq. Əgər
tələbə özəl universitetə daxil olarsa, onun təhsilini artıq dövlət
maliyyələşdirməyəcək. Digər tərəfdən, hakim partiya “bir fakültət –
bir şəhər” prinsipini tətbiq etməyi planlaşdırır. Yəni şərti olaraq
hüquq fakültəsi dövlət universitetlərində yalnız Tbilisidə,
jurnalistika isə yalnız Kutaisidə əlçatan ola bilər və s. Ümumi
olaraq neçə tələbənin büdcə hesabına təhsil ala biləcəyi isə
hələlik məlum deyil. Analitiklər və ekspertlər ölkədə tələbə
sayının əhəmiyyətli dərəcədə azalacağını gözləyirlər.
“Universitetlərdə tələbə qəbulunda kvotaların bölgüsü
hazırda əmək bazarının mövcud və potensial tələblərinin dərin
təhlilinə əsaslanmır. Buna görə də qanun layihəsi ilə müəyyən
edildi ki, Gürcüstan hökuməti, Təhsil, Elm və Gənclər Nazirliyinin
təqdimatı əsasında, dövlət tərəfindən təsis olunmuş ali təhsil
müəssisələrinə vahid milli/magistratura imtahanları ilə, həmçinin
bu imtahanlar olmadan qəbul ediləcək tələbələrin sayını hər il
təsdiq edəcək — həm universitet üzrə, həm də konkret təhsil
proqramları (kurikulumlar) üzrə. Bundan əlavə, qanun layihəsində
qeyd olunub ki, hökumət dövlət ali məktəblərinin maliyyələşmə
qaydalarını və şərtlərini təsdiqləyəcək”, - qanun
layihəsində deyilir.
Qanun layihəsinə əsasən, Gürcüstan hökuməti Təhsil Nazirliyi
vasitəsilə dövlət universitetlərinə hansı təhsil proqramlarını
(kurikulumları) həyata keçirməyə icazə veriləcəyini də müəyyən
edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.