Rusiyanın İvanovo vilayətində "An-22" hərbi-nəqliyyat təyyarəsi
qəzaya uğrayıb.
TASS agentliyi operativ xidmətlərə istinadla xəbər verir ki,
təyyarədə yeddi nəfər (beş ekipaj üzvü və iki sərnişin) olub.
"Kommersant" mənbələrə istinadla təyyarədəkilərin həlak olduğunu
bildirir.
Rusiya Müdafiə Nazirliyi təyyarənin təmirdən sonrakı sınaq uçuşu
zamanı qəzaya düşdüyünü bildirib. Onun insanların olmadığı əraziyə
düşdüyü vurğulanır.
Bəzi Telegram kanalları təyyarənin Furmanov
rayonunda qəzaya
uğradığını yazır. TASS onun İvanovonun şimalında, Uvod su anbarı
yaxınlığında düşdüyünü, qalıqların suda aşkarlandığını xəbər
verir.
"Kommersant" bildirir ki, təyyarə havada dağılmağa başlayıb,
göyərtəkilərin sağ qalmaq şansı olmayıb. Nəşr yazır ki, təyyarə 50
ildən çox istismar olunub və, çox güman, texniki nasazlıq
səbəbindən qəzaya uğrayıb.
"An-22 Antey" ağır və iriölçülü silahların daşınması üçün nəzərdə
tutulub, dünyada ən böyük turbovintli təyyarədir. Keçmiş SSRİ-də bu
modeldən cəmi 69 ədəd istehsal edilib və hazırda yalnız bir neçə
ədədi istifadədədir. Bəzi Telegram kanallarına görə, qəzaya uğrayan
"An-22" Rusiyanın Müdafiə Nazirliyinin sərəncamında qalan sonuncu
təyyarə idi.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.