ABŞ prezidenti Donald Trampın Hökumətin Effektivliyi Departamenti
(DOGE) "azacıq uğur qazanıb".
Bunu "Tesla" şirkətinin rəhbəri İlon Mask dekabrın 9-da bir
podkastda deyib, bu layihəyə bir daha rəhbərlik etməyəcəyini əlavə
edib.
Milyarder Trampın prezident seçkisindəki kampaniyasında böyük donor
olub, sonradan onun yaxın müttəfiqinə və müşavirinə çevrilib.
DOGE-nin məqsədi federal hökumətin büdcəsini, işçi qüvvəsini
ixtisar etmək idi. Amma
Maskın bu departamentdəki rolu, siyasi
ritorikası özünə və "Tesla"ya qarşı reaksiya yaradıb, "Tesla"
maşınları vandalizmə məruz qalıb.
"Məncə, DOGE-dənsə öz şirkətlərimlə işləməliydim.
Maşınları da yandırmazdılar", – Mask Tramp
administrasiyasının keçmiş rəsmisi Keti Miller ilə podkastda
deyib.
"Azacıq uğur qazandıq... Gerçəkdən mənasız olan xeyli
maliyyəni dayandırdırıq, tamamilə israf olunurdu", –
deyən Mask bir daha DOGE-yə qayıtmayacağını da əlavə edib.
Mask postundan gedəndən sonra prezident Trampla açıq şəkildə
mübahisəsi düşüb. Sonradan barışıq əlamətləri sezilib.
DOGE isə mandatının bitməsinə səkkiz ay qalmış buraxılıb. Qurum on
milyardlarla dollar xərci azaltdığını bildirib, amma maliyyə
ekspertləri detallı hesabat olmadığından bunu yoxlaya
bilməyiblər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.