İtaliya mətbəxi UNESCO-nun mədəni irs siyahısına salındı
UNESCO dekabrın 10-da İtaliyanın milli mətbəxini "qeyri-maddi mədəni irs" kimi tanıyıb.

Qurum səsverməni Nyu-Dehlidə keçirib. İtaliya bu prosesi 2023-cü ildə başladıb. Hökumət ölkənin qida mədəniyyətini ailələri və icmaları birləşdirən sosial ritual kimi təqdim edib.

İndusların Divali festivalı və İslandiyanın üzgüçülük hovuzu mədəniyyəti də UNESCO siyahısına salınıb.

İtaliya hökuməti ölkənin siyahıya salınmasına dəstək bəyanatında müxtəlif mədəniyyətləri
əks etdirən rəngarəng mətbəxini təsvir edib. Baş nazir Corca Meloni deyib ki, "bu fərqləndirmə yalnız qürur duya biləcəyimiz bir uğurdur".

Sənaye qruplarının ehtimalına görə, UNESCO tərəfindən tanınma iki il ərzində turizmi 8 faizədək artıra, 18 milyon əlavə gecələməyə səbəb ola bilər.

UNESCO-nun "qeyri-maddi mədəni irs" siyahısında digər menyular da var: Fransanın bazar və bayram günlərini qeyd edən yüksək kulinariyası, Meksikada bir etnik azlığın dini ayinlərdə verilən yeməkləri, Koreyanın kimçi turşusu və Yaponiyanın vaşoku mətbəxi.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google