Dünən, 11 dekabrda, “Gürcü Arzusu” ifadə azadlığını daha da
məhdudlaşdıran qanun layihəsini iki gün ərzində qəbul etdikdən
sonra, Mixeil Kavelaşvili həmin dəyişiklikləri imzalayıb.
Kavelaşvilinin imzasından sonra qanun qanunvericilik bülletenində
dərc olunub və qüvvəyə minib.
10 dekabrda, mübahisəli Parlament qanun layihəsini sürətləndirilmiş
qaydada müzakirə etdi və üçüncü – yekun oxunuşda qəbul etdi. Bu
qanun layihəsinə görə, “xalqın və ya nəqliyyatın hərəkət zolağında”
aksiya keçirmək üçün polisin 5 gün əvvəlcədən xəbərdar edilməsi
məcburi oldu.
Beləliklə, “Gürcü Arzusu” 28 noyabr ötən ildən bəri fasiləsiz
şəkildə yeni parlament seçkiləri tələb edən etirazçılar üçün qanunu
bir daha sərtləşdirdi.
Yeni qanuna əsasən, əgər aksiya “yolun insanlar və ya nəqliyyatın
hərəkət etdiyi hissəsində” keçiriləcəksə, təşkilatçı (məsul şəxs)
aksiya yerinə uyğun olaraq Daxili İşlər Nazirliyinin Patrul
Departamentinə yazılı müraciət etməlidir.
“Daxili İşlər Nazirliyi aksiya iştirakçılarının sayını nəzərə
alaraq, hərəkət hissəsinin açılması və/və ya nəqliyyat və
insanların hərəkətinin bərpa edilməsi barədə qərar qəbul etməyə
səlahiyyətlidir, əgər aksiyanın və ya nümayişin keçirilməsi başqa
şəkildə mümkündürsə”, - qanunda yazılıb.
Əgər polis hesab etsə ki, aksiya bu qaydanı pozur, “qanun
pozuntusunun dayandırılması üçün” 15 dəqiqə vaxt verəcək. Bundan
sonra təşkilatçı məsuliyyətə cəlb olunacaq.
• Gürcüstanda fasiləsiz nümayişlər ötən ilin 28 noyabrından bəri
keçirilir. Minlərlə insan küçələrə “Gürcü Arzusu” hökumətinin baş
naziri İrakli Kobaxidzenin bəyanatından sonra çıxmışdı – o demişdi
ki, hökumət növbəti dörd il ərzində ölkənin Avropa ilə inteqrasiya
üçün zəruri danışıqlar məsələsini qaldırmayacaq.
• Bu müddətdən sonra “Gürcü Arzusu” ifadə azadlığını yeni
qanunlarla dəfələrlə məhdudlaşdırıb. O cümlədən, aksiyaya tibbi
maska ilə gəlmək, pirotexnika istifadə etmək qadağan olunub, yolun
təkrar bağlanmasına görə cinayət məsuliyyəti tətbiq edilib.
Elə 10 dekabrda, mübahisəli parlamentin sürətləndirilmiş qaydada
qəbul etdiyi qanuna cavab olaraq, vəkil Kaxa Tsixarişvili Daxili
İşlər Nazirliyinə müraciət edərək bildirib ki, parlamentin
qarşısında,
“xalqın hərəkət hissəsində” aksiya keçiriləcək və bu,
insanların hərəkət hissəsinin qismən bağlanmasına səbəb
olacaq.”
“Parlamentin qarşısındakı ərazi bron edilib. Hər gün
üçün ayrıca müraciət təqdim olunub. Dekabrın 19-dək səkidə
istədiyimiz kimi etiraz edə bilərik”, - deyə Kaxa
Tsixarişvili Facebook-da paylaşım edib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.