Qaxarianın partiyası “Qavrilov gecəsi” işi üzrə Strasburq Məhkəməsinin Böyük Palatasının qərarı ilə razılaşır

Müxalifətə keçmiş, keçmiş daxili işlər naziri Qiorqi Qaxarianın partiyası “Qavrilov gecəsi” etirazının dağıdılması ilə bağlı Strasburq Məhkəməsinin Böyük Palatasının qərarı ilə razıdır.


Məhkəmə Konvensiyanın üç maddəsinin pozulduğunu müəyyən etsə də, partiya qərarın məzmununu pozitiv olaraq qiymətləndirir.
“20 iyun işi üzrə Strasburq Məhkəməsinin Böyük Palatasının qərarı ilə razıyıq.

Bu, bizim daim dediyimizi təsdiqləyir. Böyük Palatanın
qərarı göstərir ki, Qaxariaya qarşı prokurorluğun ittihamı quramadır, bu, siyasi təqibdir və bu ittiham cinayətin real müəlliflərini məsuliyyətdən yayındırmağa xidmət edir”, - partiya bildirib.

“Gürcü Arzusu” üzvü Arçil Qorduladze partiyanın keçmiş lideri Qiorqi Qaxarianı “Gürcüstana qayıtmağa və qanun qarşısında cavab verməyə” çağırıb:

“O, özü də etiraf edirdi ki, baş verən proseslərə tam cavabdehdir, amma indi Almaniyaya qaçaraq məsuliyyətdən yayınır və o cümlədən Almaniya tərəfindən təqaüd də alır.”

Dünən, 11 dekabrda, cəmiyyət Strasburq Məhkəməsinin Böyük Palatasının qərarını öyrəndi. Şikayət müəllifi olan 26 nəfərin tələbi təmin olunub.

2019-cu il 20 iyun — “Qavrilov gecəsi”

2019-cu il 20 iyunda paytaxtda, parlamentin qarşısında izdihamlı etiraz aksiyası keçirilmişdi. Vətəndaşlar həmin gün parlamentdə baş verən hadisələrə etiraz edirdilər: Pravoslavlıq üzrə Parlamentlərarası Assambleyanın 26-cı sessiyasında parlament sədri kreslosunu Rusiyanın Dövlət Dumasının deputatı, kommunist Sergey Qavrilov tutmuşdu.

Polisi isə aksiya “zorakı xarakter aldı” iddiası ilə mitinqin dağıdılmasına başladı. Həmin gün ən azı iki etirazçı gözünü itirdi, çoxsaylı jurnalist və vətəndaş yaralandı.
Strasburq Məhkəməsi müəyyən etdi:

• Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (işgəncə və qeyri-insani rəftarın qadağanı) hər iki aspektinin pozulması (26 ərizəçidən 24-ü üzrə);
• 10-cu maddənin (ifadə azadlığı) pozulması – 14 ərizəçi üzrə;
• 11-ci maddənin (yığıncaq və birləşmə azadlığı) pozulması – 11 ərizəçi üzrə;
• 38-ci maddə üzrə dövlətin iş üçün lazım olan bütün məlumatların təqdim edilməsi öhdəliyinin pozulmaması.

Bu qərara əsasən, Gürcüstan hakimiyyəti “Qavrilov gecəsi”ndə zərər çəkənlərə yüz minlərlə avro ödəməli olacaq:
— 640 min avrodan çox maddi və qeyri-maddi kompensasiya,
— əlavə olaraq 40 min avroya yaxın məhkəmə xərclərinin ödənilməsi.

Gürcüstanın Ədliyyə Nazirliyinin mövqeyi

İş üzrə cavabdeh olan Ədliyyə Nazirliyi qərarı hökumət üçün müsbət, keçmiş daxili işlər naziri Qaxaria üçün isə mənfi kimi təqdim edir:
• “Həmin vaxt DİN rəhbərliyi bu standartların təmin olunmasını və etirazçılara qarşı proporsional güc tətbiqini bacarmadığına görə, Konvensiyanın 3-cü (qeyri-insani rəftar), 10-cu (ifadə azadlığı) və 11-ci maddələrinin (yığıncaq azadlığı) pozuntusu müəyyən edildi”;
• “Qərarda həmçinin qeyd olunur ki, Gürcüstan hökuməti iş üzrə Strasburq Məhkəməsi ilə tam əməkdaşlıq edib və bütün lazımi məlumatları təqdim edib, buna görə ərizəçilərin bu hissədə tələbi təmin olunmayıb.”

Qaxariaya qarşı yeni cinayət işi

Strasburq qərarından bir neçə həftə əvvəl Prokurorluq keçmiş daxili işlər naziri Qiorqi Qaxariaya qarşı cinayət işi açıb. Ona 12 noyabrda qiyabi ittiham irəli sürülüb.

“Qavrilov gecəsi”ndən az sonra Qaxaria ölkənin baş naziri oldu. O, müxalifətə keçdikdən bir neçə il sonra məsuliyyətə cəlb edildi.

Gürcü məhkəmələri ona həbs qəti imkan tədbiri seçsə də, ölkə xaricində olduğu üçün onu həbs etmək mümkün olmur.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google