“Gürcü Arzusu” hökumətinin rəhbəri İrakli Kobaxidze
Türkmənistanda “Aşqabad Forumu” çərçivəsində Türkmənistan
Prezidenti
Serdar Berdimuhəmmədov və Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədovla görüşüb. Həmin foruma Rusiya Prezidenti Vladimir Putinin
də qatılması planlaşdırılır.
İrakli Kobaxidze dünən, 11 dekabrda, Sülh və Etimadın Beynəlxalq
İli münasibətilə keçirilən beynəlxalq foruma yola düşüb. Forum
Türkmənistanın neytrallıq statusunun 30 illiyi ilə əlaqədar təşkil
olunur. Bu,
onun həmin ölkəyə bu ilki üçüncü səfəridir.
Bundan başqa, Əsədov və Kobaxidze arasında görüş — Azərbaycanın
hakimiyyətə yaxın mediasında Gürcüstanın Azərbaycandan Ermənistana
neft məhsullarının daşınması üçün “ton başına 92 dollarlıq tarif
tətbiq etməsi” barədə yayılan məlumatlardan və bunun Bakıda
narazılıq yaratmasından sonra, iki ölkənin yüksək səviyyəli
rəsmiləri arasında ilk görüşdür.
Rəsmi məlumatlarda liderlərin bu məsələni müzakirə edib-etmədiyi
barədə heç nə deyilmir.
Berdimihəmmədovla görüş – “Orta Dəhliz”
Hökumət Administrasiyasının məlumatına görə, İrakli
Kobaxidze və Sərdar Berdimihəmmədov iki ölkə arasındakı siyasi və
iqtisadi əlaqələri müzakirə ediblər.
“Söhbət tranzit-logistika sahəsində əməkdaşlığın
dərinləşdirilməsindən və Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan
Gürcüstanın dəniz limanlarına əlavə yüklərin cəlb edilməsi
potensialından gedib”, - məlumatda deyilir.
İrakli Kobaxidzenin Facebook səhifəsinin məlumatına görə, o,
“Türkmən qazının Gürcüstan ərazisindən tranzitinə Gürcüstanın
dəstək göstərməyə hazır olduğunu” bildirib. Bundan əlavə:
• Türkmənistan prezidentinə “Gürcüstanın ərazi bütövlüyü və
suverenliyinə, həmçinin işğal olunmuş ərazilərin tanınmaması
siyasətinə dəstəyə görə” təşəkkür edib;
• Hər iki tərəf “ikili və çoxtərəfli formatlarda əməkdaşlığın daha
da dərinləşdirilməsinə” hazır olduqlarını bildirib.
İrakli Kobaxidze Sərdar Berdiməhəmmədovu Gürcüstana rəsmi səfərə
dəvət edib.
• Türkmənistan dünyanın ən qapalı ölkələrindən biridir. Prezident
Sərdar Berdiməhəmmədovdur — ölkəni 15 il təkbaşına idarə etmiş
keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovun oğludur
(2006–2022).
• 2022-ci ildə prezidentlik səlahiyyətlərini oğluna ötürdükdən
sonra, Qurbanqulu Berdiməhəmmədov geniş səlahiyyətlərini saxlayıb
və ölkənin ali nümayəndəli orqanı olan Halk Maslahaty-nin sədri
olaraq qalıb.
Əli Əsədovla görüş
İrakli Kobaxidzenin Facebook səhifəsində yazılanlara
görə, Azərbaycan Baş naziri Əli Əsədovla görüşdə “Gürcüstan və
Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq və müxtəlif
sahələrdə əməkdaşlığın dinamik inkişafı” müzakirə olunub.
“Artan ticarət-iqtisadi əməkdaşlıq və Gürcüstan ilə
Azərbaycan tərəfindən birgə həyata keçirilən regional layihələr
vurğulandı. Biz Orta Dəhlizin inkişafının əhəmiyyəti və bu
istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri,
həmçinin enerji təhlükəsizliyi sahəsində regional əməkdaşlığın
gücləndirilməsi barədə danışdıq. Mən bir daha təsdiqlədim ki,
Gürcüstan dialoq yolu ilə regionda uzunmüddətli sülhün və
sabitliyin təmin olunmasına töhfə verməyə hazırdır. Gürcüstan və
Azərbaycan möhkəm müttəfiqlər olaraq qalır və regional sülhü və
sabitliyi dəstəkləmək üçün əməkdaşlığı davam etdirirlər. Biz
strateji tərəfdaşlığın dərinləşdirilməsi ideyasına
sadiqik”, - Kobaxidze social şəbəkədə paylaşıb.
Bu görüşdən 3 gün əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyi bəyan
etmişdi ki, qonşu ölkələr Azərbaycandan Ermənistana yanacağın
“birdəfəlik idxalı” ilə bağlı xahişlə müraciət ediblər və dövlət
bunu “tamamilə pulsuz” həyata keçirəcək.
Bu açıqlama “Gürcü Arzusu” hökumətinin Azərbaycan hökumətyönlü
mediasında yayılan — Azərbaycandan Ermənistana neft məhsullarının
daşınması üçün Gürcüstanın ton başına “92 dollarlıq tarif tətbiq
etməsi” barədə xəbərlərə reaksiyasıdır. Azərbaycan mediası həmin
tarifi ədalətsiz dərəcədə yüksək qiymət kimi təqdim edirdi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.