“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze Türkmənistanda
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Məlumatı Kobaxidzenin administrasiyası yayıb.
Onların bildirdiyinə görə, Sülh və Etimada Həsr olunmuş Beynəlxalq
İl çərçivəsində keçirilən beynəlxalq forum zamanı baş tutmuş
görüşdə tərəflər iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələr
və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq barədə danışıblar.
Administrasiyanın məlumatına əsasən, İrakli Kobaxidze Qazaxıstan
prezidentinə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi
istiqamətində hazırlığını təsdiqləyib.
“Biz region ölkələri arasında əməkdaşlığa xüsusi
əhəmiyyət veririk. İqtisadi əməkdaşlıq da xüsusi önəm daşıyır.
Ölkələrimiz arasında sıx münasibət böyük potensiala malikdir və
marağımız ondadır ki, mövcud böyük potensial maksimum istifadə
olunsun. Sizin bu məsələyə xüsusi diqqətiniz iki ölkə arasındakı
əməkdaşlıqda da özünü göstərir”, – deyə Kobaxidze
bildirib.
Qazaxıstan prezidenti görüş zamanı
ikitərəfli münasibətlərin
gələcək inkişaf perspektivlərini vurğulayıb.
“Biz Gürcüstanı çox yüksək qiymətləndiririk və onu bir
çox istiqamətlərdə bizim üçün çox mühüm tərəfdaş hesab edirik.
Gürcüstan böyük perspektivlərə malik tərəfdaşdır və
nəqliyyat-logistika sahəsində çox böyük potensiala sahibdir. Məhz
bu istiqamət bu gün əsas hərəkətverici qüvvədir və digər sektorlar
üçün də böyük təsirə malikdir. Əməkdaşlığımız və tərəfdaşlığımız
gələcəkdə daha da inkişaf edəcək və bunun üçün kommunikasiya
gücləndiriləcək. Bu həm siyasi, həm də iqtisadi müstəviyə aid
olacaq”, – deyə Kasım-Jomart Tokayev bildirib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.