Şuaxevinin polis rəhbər vəzifəli şəxsləri saxlanılıb
Daxili İşlər Nazirliyinin Baş İnspeksiya əməkdaşları xidməti səlahiyyətlərdən sui-istifadə faktı üzrə (Cinayət Məcəlləsinin 332-ci maddəsi) iki nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, Daxili İşlər Nazirliyinin Acarıstan Muxtar Respublikasının Polis Departamentinin Şuaxevi rayon polis idarəsinin rəisi dörd nəfəri ona məxsus şəxsi ərazidən külli miqdarda taxta materialı oğurlamaqda ittiham edib. O, xidməti səlahiyyətlərindən sui-istifadə edərək həmin şəxslərdən vurulan ziyanın
ödənilməsini tələb edib, əks halda onları həbs etməklə hədələyib. Sözügedən şəxslər bu hədələri real təhlükə kimi qəbul ediblər və oğurluqda günahları olmadığı halda, məcbur qalaraq ona böyük həcmdə taxta materialı təqdim ediblər.

İstintaq zamanı həmçinin müəyyən olunub ki, Daxili İşlər Nazirliyinin Acarıstan Muxtar Respublikasının Polis Departamentinin Şuaxevi rayon polis idarəsinin detektivlər bölməsinin rəisi Acarıstan bölgəsində yerləşən “Qoderdzi” dağ-xizək kurortunda şəxsi maraqları naminə, özünə məxsus kotteclərin tikintisi üçün xidməti səlahiyyətlərindən sui-istifadə edib. Belə ki, göstərilən əraziyə müxtəlif tikinti və meşə materiallarının təhlükəsiz daşınması məqsədilə sistemli şəkildə xidməti avtomobillərdən istifadə edib, bu işlərin görülməsini isə vəzifə səlahiyyətlərindən və nüfuzundan sui-istifadə edərək tabeliyində olan əməkdaşlara tapşırıb.

Hüquq-mühafizə orqanlarının apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində maddi sübut kimi xüsusilə külli miqdarda meşə materialı götürülüb.

Əlavə hallarının müəyyənləşdirilməsi və hüquqi qiymətləndirmənin dəqiqləşdirilməsi məqsədilə istintaq davam etdirilir.

{{AUDIO}}


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google