Patrul Polisi Acarıstanda külli miqdarda narkotik və psixotrop maddələr aşkar edib – 3 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Acarıstan Baş İdarəsinin, həmçinin həmin departamentin İstintaq Baş İdarəsinin Acarıstan İstintaq Xidməti əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi ittihamı ilə üç nəfəri müxtəlif vaxtlarda saxlayıblar.

Saxlanılan şəxslər 2005-ci il təvəllüdlü Qazaxıstan vətəndaşı B.A., 1980-ci il təvəllüdlü Ermənistan vətəndaşı H.A. və
1978-ci il təvəllüdlü Almaniya vətəndaşı O.Q.-dur.

Patrul-inspektorlar təqsirləndirilən şəxsləri Batumi və Kobuleti şəhərlərində yoxlama məqsədilə saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların üzərində, avtomobillərində, eləcə də müvəqqəti yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı maddi sübut kimi xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr götürüblər. Aşkar edilən maddələr arasında satış üçün qablaşdırılmış onlarla bağlama “metadon”, “heroin”, “alfa-PVP”, “buprenorfin” və “preqabalin” var.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı prim və 261-ci maddələri ilə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google