Miqrasiya Departamenti 28 xarici ölkə vətəndaşını saxlayıb
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi miqrasiya nəzarəti tədbiri həyata keçiriblər.

Əldə olunan məlumatlar əsasında tədbir zamanı departament əməkdaşları konkret ünvanlarda yoxlamalar aparıblar. Bu yoxlamaların məqsədi Gürcüstan ərazisində qanuni əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarının aşkarlanması olub.

Keçirilən kompleks tədbir nəticəsində 28 xarici ölkə vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında İran, Hindistan,
Nigeriya, Pakistan, Türkmənistan, Nepal, Sierra-Leone, Banqladeş, İordaniya, Efiopiya və Əfqanıstan vətəndaşları var.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ölkədə “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununda nəzərdə tutulan tələbləri pozaraq olublar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdiriliblər. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar davam etdirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google