Ermənistanın baş naziri Nikol Paşinyan qayıdış məsələsində
Azərbaycana birgə yol xəritəsi hazırlamağı təklif edir. Paşinyan
Almaniyaya səfəri zamanı jurnalistlərə danışıb:
"Azərbaycandan bir yandan "Qərbi Azərbaycan" deyir,
digər yandan deyir ki, "Vay, burada Qarabağ erməniləri" yazılıb.
(Bakının Ermənistan-Aİ strateji gündəminə etirazını nəzərdə tutur).
Mən Qarabağdakı insanlara dedim ki, geri qayıtmaq real deyil. Amma
digər tərəfdən, Ermənistanda görürlər ki, Azərbaycanda davamlı
olaraq "Qərbi Azərbaycan" terminologiyasından istifadə edirlər...
Gəlin oturaq, bir yol xəritəsi hazırlayaq, bu iki mövzunu eyni
vaxtda bağlayaq... Bu mövzunun aradan qaldırılması uzunmüddətli
strateji mənada hər hansı münaqişə vəziyyətini tamamilə aradan
qaldırmaq deməkdir".
"Artsax nümayəndəliyi"ndə axtarış
Yerevanda İstintaq Komitəsinin "Artsax nümayəndəliyi"ndə axtarış
apardığı bildirilir. "Azatutyun" yazır ki, bu barədə "Şərəfim var"
fraksiyasının katibi Tiqran Abramyan məlumat verib.
O, axtarışların "Artsax sakinlərinin geri qaytarılması ilə bağlı
parlament dinləmələrindən bir gün sonra" aparıldığını qeyd
edib.
Ermənistan İstintaq Komitəsi axtarışın səbəbini açıqlamayıb.
Qarabağda doğulmuş vəkil, fəal Roman Yeritsyan reydin "ehtimal
edilən iqtisadi cinayətlər" üzrə istintaq ilə əlaqələndirib.
"Azatutyun" "Qarabağın mühacirətdə olan rəhbərliyi"nin bir gün öncə
həmin binada dinləmələr keçirdiyini yazır.
Ermənistan Baş Prokurorluğu bu ilin iyulunda Yerevanda məhkəməyə
müraciət edərək binanın 2017-ci ildə formal məxsus olduğu "Qarabağ
hökuməti"ndən alınmasını xahiş edib.
'Qarabağ ermənilərinin lideri' qayıtmaq uğrunda mübarizə
aparacaqlarını deyir
Qarabağın keçmiş separatçı lideri Azərbaycana qayıtmaq hüquqları
uğrunda mübarizəni davam etdirəcəklərini deyir. Bu fikirlər
dekabrın 10-da Yerevanda dinləmələrdə səslənib.
"Əsas məqsədimiz Artsax (Qarabağ) xalqının vətəninə
qayıtmaq, orada təhlükəsiz yaşamaq, gələcək siyasi statusunu öz
müqəddəratını təyinetmə əsasında müəyyən etmək hüquqlarını
reallaşdırmaqdır", – özünü "Qarabağın prezidenti
vəzifəsini icra edən" şəxs kimi təqdim edən Aşot Danielyan
deyib.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, dinləmələrə müxalif
siyasətçilər, ictimai fiqurlar qatılıb. Danielyanın sözlərinə görə,
Qarabağ ermənilərinin qayıdış uğrunda mübarizəsində "yeni fəsil"
açacaqlar. Amma o, konkret hansı addımları nəzərdə tutduğunu
deməyib.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə
birgünlük hərbi əməliyyatlar ilə ərazi bütövlüyünü bərpa edib.
2023-cü il əməliyyatından sonra 100 mindən çox erməninin Qarabağdan
köçdüyü bildirilir. Onlar əsasən Ermənistana gediblər. Ermənistan
Azərbaycanı etnik təmizləmədə ittiham edib, amma Bakı bu ittihamı
qəbul etməyib, Qarabağ erməniləri üçün reinteqrasiya planı
açıqlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan qaçqınların
qayıdışı mövzusunu sülh prosesinə təhlükə saydığını bildirib.
Bakı və Yerevan bu il avqustun 8-də Vaşinqtonda sülh sazişini
paraflayıblar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.