Dmitri Laqovski və həyat yoldaşı Ukraynada doğulub, vaxtilə Moskva
ətrafında yaşayıblar. Rusiya 2022-ci ilin fevralında Ukraynaya
qarşı genişmiqyaslı işğala başlayandan altı ay sonra Serbiyaya
köçüblər.
Deyir, döyüşü seçə bilməzdi, qaçmağa üstünlük verib.
"Dostlarımız, həyat yoldaşımın valideynləri oradadır.
Ukraynaya qarşı müharibəyə getsəm, bu, fəlakət olar",
– Laqovski AzadlıqRadiosunun Balkan xidmətinə müsahibəsində
deyib.
Amma onun bu kabusu reallığa çevrilə
bilər. Dekabrın 3-də Belqrad
Apellyasiya Məhkəməsi Ali Məhkəmənin onun ekstradisiyasına yol açan
qərarını qüvvədə saxlayıb.
Laqovskinin vəkili Marko Stambuk AzadlıqRadiosuna deyib ki, iş
Ədliyyə Nazirliyinə göndəriləcək və nazirliyin qərarı yekun
sayılır, ondan apellyasiya vermək olmaz. O, əvvəlki təcrübələrin
ürəkaçan olmadığını vurğulayıb:
"Praktikada çox nadir
hallarda ədliyyə naziri məhkəmələrin ekstradisiyası üçün əsasların
olduğunu müəyyənləşdirdiyi şəxsin təhvil verilməsini rədd
edir".
Rusiyada hüquqşünas işləmiş 49 yaşlı Laqovski köçəndə serb dilini
bilmirdi. O, Belqradın ictimai nəqliyyat sistemində avtobus
sürücüsü kimi iş tapmışdı.
Laqovski 2022-ci ilin avqustunda Rusiyanı tərk edənədək heç bir
cinayət işi ilə üzləşməyib. Ekstradisiya tələbi isə sonradan
açılmış bir işə əsaslanır: Rusiya hakimiyyəti onun dələduzluqda
şübhəli olduğunu iddia edir.
"Cinayətkar deyiləm"
Dediyinə görə, iş 2021-ci ildə imzalanmış bir müqavilədən
qaynaqlanır. Həmin vaxt o, vəkil kimi iki şirkət arasında torpaq
alqı-satqısı üzrə müqavilə tərtib edib.
"Bir şirkət digərinə torpaq satıb, heç birində
əməkdaşı, yaxud sahibi olmamışam. Vəkil kimi həmin iki şirkət
arasında müqavilə hazırlamışam", – Laqovski
deyib.
"Cinayətkar deyiləm, heç vaxt da
olmamışam", – o əlavə edir.
2025-ci ilin aprelində Laqovski Belqrad Ali Məhkəməsinə çağırılıb,
orada ona Rusiyada axtarışda olduğu bildirilən sənəd təqdim edilib.
Məhkəmə onun 21 gün müddətinə saxlanılmasına qərar verib, müddət
bitincə azad edilib.
Laqovski ekstradisiya olunsa, Rusiyada mühakimə edilməlidir. Amma
o, dövlətin onu cəbhəyə göndərəcəyindən qorxur: "Orduda kapitan
rütbəm var. Düşünürəm ki, onlar məni Ukraynaya göndərmək
istəyirlər".
Apellyasiya məhkəməsinin qərarından iki gün sonra Laqovski
Serbiyanın Daxili İşlər Nazirliyinə sığınacaq üçün müraciət etmək
niyyətini bildirib. Serbiya və beynəlxalq hüquqa görə, hökumət
mümkün ekstradisiyadan öncə onun gerçəkdən belə bir təhlükə ilə
üzləşib-üzləşmədiyini gərəyincə araşdırmağa borcludur, – Stambuk
belə deyir.
Cavab yoxdur
AzadlıqRadiosu Ədliyyə Nazirliyinə e-mail göndərərək soruşub ki,
nazir qərar verərkən işin bütün hallarını nəzərə alacaqmı. Hələlik,
cavab gəlməyib.
Ukraynada təcavüzkar müharibə başlayandan Rusiyanı azı 1 milyon
nəfərin tərk etdiyi bildirilir. Bəziləri sonradan qayıtsa da, yüz
minlərlə insan hələ də xaricdə qalır.
Hökumətin məlumatına görə, Serbiyada qanuni yaşayan təxminən 100
min əcnəbinin 53 mindən çoxu rusiyalıdır. Serbiya Avropa
İttifaqının üzvü deyil, rusiyalılar bu ölkəyə vizasız səyahət edə
bilirlər.
Ukraynaya qarşı müharibəyə etiraz edən, yaxud işğala görə
qaçdıqlarını deyən bir neçə rusiyalıya Serbiyaya giriş və ya daimi
yaşayış icazəsi verilməyib, bəzi hallarda dövlət bunun səbəblərini
izah etməyib.
Serbiya prezidenti Aleksandar Vuçiçin rusiyalı həmkarı Vladimir
Putinlə münasibətləri yaxşıdır. Belqrad müharibəyə görə Qərbin
Kremlə sanksiyalarına qoşulmaqdan ötrü Aİ-nin təzyiqlərinə
müqavimət göstərib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.