Polis Tbilisidə külli miqdarda narkotik vasitələr aşkar edib – 5 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi faktları üzrə beş nəfəri saxlayıblar.

Saxlanılan şəxslər 2001-ci il təvəllüdlü H.K., əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü N.X. və 1977-ci il təvəllüdlü D.M., eləcə də xarici ölkə vətəndaşları – 1977-ci il təvəllüdlü R.S.
və 2003-cü il təvəllüdlü İ.K.-dır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində, yaşayış evlərində və avtomobillərində aparılan axtarışlar, həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi ünvanlardan maddi sübut kimi satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr götürüblər. Aşkar edilən narkotiklər arasında “metadon”, “alfa-PVP”, “tetrahidrokannabinol” və qurudulmuş marixuana var.

Saxlanılan şəxslərdən biri – D.M.-nin yaşayış mənzilindən, həmçinin qanunsuz odlu silahlar və döyüş sursatı da aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı prim və 236-cı maddələri ilə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google