Jurnalistlər Rusiyanın Ukraynada işğalçı müharibəsində həlak olmuş
155 min 368 Rusiya hərbçisinin adını müəyyən ediblər.
BBC-nin rus xidməti və "Mediazona" könüllülər komandası ilə
birlikdə itkiləri hesablayır.
Həlak olanların üçdə biri könüllülərdir, onlar müharibə başlayandan
Rusiya ordusu ilə müqavilə imzalayıblar. Cəmi bir il öncə bu
kateqoriya ölənlərin cəmi 15 faizini təşkil edirdi. Jurnalistlərə
görə, artıma səbəb könüllülərin
ən ağır döyüş bölgələrinə, ilk
növbədə Donetsk vilayətinə göndərilməsidir.
Həlak olanların 13 faizi koloniyalardan və istintaq
təcridxanalarından cəbhəyə göndərilmiş məhbuslar, 11 faizi səfərbər
olunanlardır.
Həlak olan hərbçilərin ümumi sayında liderlik Başqırdıstan və
Tatarıstana məxsusdur.
Jurnalistlər ölənlərin siyahılarını açıq mənbələrə əsasən tərtib
edirlər. Buraya mediada gedən məlumatları, yerli
administrasiyaların açıqlamaları, qohumların sosial şəbəkədə
paylaşımları, qəbiristanlıqlardan əldə edilən bilgilər daxildir.
Rusiyanın real itki sayının 239 min – 345 min 260 arası ola
biləcəyi bildirilir.
Nə Moskva, nə də Kiyev Ukrayna müharibəsindəki itkilərini
açıqlayır, amma qarşı tərəfin itkilərindən danışırlar. Hərbi
münaqişədə tərəflər adətən öz uğurlarını şişirtməyə, itkilərini
azaltmağa meylli olurlar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.