Sünni "Ceyş əl-Ədl" silahlı qruplaşması daha kiçik bəluc yarımhərbi
qrupları ilə birləşdiyini, İranın dini isteblişmentinə qarşı yeni
koalisiya yaratdığını bildirir.
Qruplaşma sosial media platformalarında videobəyanat yayıb. Adı
çəkilməyən sözçü deyir ki, qrup "Xalq Müqavimət Cəbhəsi" adlanacaq,
məqsəd "islam respublikasının istibdadına qarşı mübarizənin
effektini gücləndirməkdir".
Bəyanatda bəluc müstəqilliyindən söz açılmır, sözçü isteblişmentə
qarşı daha geniş birlikdən danışır.
AzadlıqRadiosunun İran üzrə
yazarı Kian Şərifi deyir ki, görünür, "Ceyş əl-Ədl" ilkin separatçı
kursunu dəyişərək özünü daha geniş İran müxalifət hərəkatının bir
hissəsi kimi təqdim edir.
Dəyişiklik gerçəkdirmi, zaman göstərəcək
Londonda yerləşən Bəlucistan Araşdırmaları Mərkəzinin direktoru
Əbdül-Səttar Doşuki də oxşar müşahidəsini bölüşür. O, radionun fars
xidmətinə deyib ki, yeni qrupun bayrağında bəluc separatçı
hərəkatlarına bağlı hər hansı simvol yer almayıb.
"Ola bilər, "Ceyş əl-Ədl" ənənəvi yanaşmasından
yüngülcə uzaqlaşıb", – o əlavə edib.
Doşuki bildirir ki, islam respublikası 1979-cu ildə yaranandan
bəluc silahlı qruplarının ölkənin şiə rəhbərliyinə qarşı dini,
etnik narazılıqları olub. Onun fikrincə, bu dəyişikliyin gerçək
olub-olmamasını zaman göstərəcək.
"Ceyş əl-Ədl" koalisiyanın ən böyük və tanınmış üzvüdür.
Tehran hələlik yeni koalisiyanın formalaşmasına rəsmi reaksiya
verməyib.
İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Fars" xəbər
agentliyi iddia edib ki, "Ceyş əl-Ədl" potensial maliyyə dəstəyi
cəlb etmək üçün "qabıq dəyişir".
İran ABŞ-ni, İsraili, Səudiyyə Ərəbistanını bu qruplaşmanı
silahlandırmaqda ittiham etsə də, buna dəlil göstərməyib.
Təhlilçilər ötən il AzadlıqRadiosuna deyirdilər ki, qrupun əsas
maliyyəsi Fars Körfəzi ölkələrində yaşayan varlı bəluclardan,
narkotik qaçaqçılığından gəlir, 2021-ci ildən sonrakı Əfqanıstandan
silahlar, "qara bazar" da qruplaşmaya dəstək olur
Müşahidəçilər "Ceyş əl-Ədl"in kriptovalyuta ianələri də yığmasına
diqqət çəkirlər.
"Cundalla"nın varisi
"Ceyş əl-Ədl" ərəbcə "ədalət ordusu" deməkdir, 2012-ci ildə
"Cundalla" bəluc hərbi təşkilatının varisi kimi təsis edilib.
2003-cü ildə formalaşan "Cundalla" İran təhlükəsizlik qüvvələrini
bombalayır, silahlı hücumlar təşkil edirdi. Hökumətin sərt
müdaxiləsi nəticəsində dağıdılıb. Lideri Abdulmalik Rigi 2010-cu
ildə edam olunub.
Tehran "Ceyş əl-Ədl"in Pakistandan idarə olunduğunu bildirir,
İslamabadı bu qrupa qarşı tədbir görməməkdə suçlayır. Pakistan isə
iddianı rədd edir, qruplaşmanın onun torpağında mövcud olmadığını
bildirir.
"Ceyş əl-Ədl" İranda və ABŞ-də terrorçu təşkilat kimi tanınır.
AzadlıqRadiosu bu statusun yeni formalaşan "Xalq Müqavimət
Cəbhəsi"nə aid olub-olmaması barədə Dövlət Departamentinə sorğu
göndərib.
Elə təsis olunduğu gün qruplaşma İranın cənub-şərqi
Sistan-Bəlucistan vilayətində SEPAH sərhəd postuna hücuma görə
məsuliyyəti götürüb. Hücumda SEPAH-ın üç üzvü öldürülüb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.