Zurab Caparidze 7 aylıq həbsdən sonra 19 dekabrda azadlığa çıxacaq

“Dəyişiklik naminə Koalisiya”nın liderlərindən biri olan Zurab Caparidze 7 aylıq həbsdən sonra 19 dekabrda Rustavi şəhərində yerləşən 12 saylı penitensiar müəssisəni tərk edəcək.


Bu barədə məlumat Caparidzenin Facebook səhifəsində yayılıb.

“Dəyişiklik naminə Koalisiya”nın liderlərindən olan Zura “Qirçi” Caparidze mübahisəli legitimliyə malik parlamentin istintaq komissiyasının iclasına qatılmadığına görə cəza çəkirdi. Həmin komissiya “Vahid Milli Hərəkat” dövründə
törədilmiş cinayətləri araşdırırdı.

2012-ci ilə qədər Zura Caparidze hakimiyyətin heç bir qolunda vəzifə tutmayıb.

Həbsdə olduğu müddətdə ona və digər həbsdə olan müxalifətçi siyasətçilərə əlavə ittihamlar irəli sürülüb.

6 noyabrda baş prokuror Qiorqi Qvarakidze brifinqdə bildirmişdi ki, səkkiz müxalif siyasətçi — Mixail Saakaşvili, Zura Caparidze, Qiorqi Vaşadze, Elene Xoştaria, Nika Melia, Nika Qvaramia, Badri Caparidze və Mamuka Xazaradze barəsində cinayət işi başlanıb. Onların bir qismi sabotajda, bir qismi ölkəyə qarşı düşmən fəaliyyətinə yardımda, digərləri isə hakimiyyətin devrilməsinə çağırışda ittiham olunur.

Zura Caparidzeyə yeni ittihamlar sabotaj (CM-in 318-ci maddəsinin 1-ci hissəsi — 2 ildən 4 ilədək həbs) və xarici dövlətin xeyrinə düşmən fəaliyyətinə yardım (319-cu maddə — 7 ildən 15 ilədək həbs) maddələri ilə irəli sürülüb.

Siyasətçiyə 7 aylıq həbs müddətinin bitməsinə bir ay qalmış vaxtından əvvəl azadlığa buraxılma təklif edilib. Bu, qanunla nəzərdə tutulan prosedurdur. Lakin Caparidze bu təklifi rədd edib. Onun mövqeyi 20 noyabrda Facebook səhifəsində belə ifadə olunub:

“Çünki o, heç bir formada rus rejimi ilə əməkdaşlığı qəbul etmir.”

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google