Nazirlik – Yeni ilin yaxınlaşması ilə əlaqədar şam ağaclarının kəsilməsi ilə bağlı qanunvericilik sərtləşdirilir

Yeni ilin yaxınlaşması ilə paralel olaraq, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları iynəyarpaqlı

ağacların əldə edilməsi və daşınması üzərində nəzarəti gücləndirir.

Nazirliyin yaydığı məlumata görə, Milli Meşə Agentliyi bir daha əhaliyə müraciət edərək təbii sərvətlərin məhv edilməməsinə və süni yolka ağaclarından istifadə etməyə çağırır.

“İynəyarpaqlı ağacların qanunsuz kəsilməsinə, daşınmasına və satış qaydalarının pozulmasına görə
ilk dəfə 2000 lari məbləğində cərimə tətbiq olunur, təkrar hal baş verdikdə isə cinayət məsuliyyəti yaranır. Eyni zamanda ətraf mühitə vurulan zərər hesablanır. Əgər dəymiş zərər 1000 larini aşarsa, şəxs barəsində cinayət işi başlanır – cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Böyük miqdarda iynəyarpaqlı ağacların qanunsuz kəsilməsi zamanı isə, ətraf mühitə dəyən zərər 3000 larini keçərsə, cəza 5 ildən 7 ilədək azadlıqdan məhrumetmədir. Aşkar edilən hər bir hüquq pozuntusuna görə qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcək”,
– deyə Milli Meşə Agentliyinin rəhbəri Kaxa Tsertsvadze bildirib.

İynəyarpaqlı ağacların qanuni yolla əldə edilməsi tingliklərdə, plantasiyalarda, həyətyanı sahələrdə, həmçinin idxal yolu ilə mümkündür.

“Qanuni şəkildə əldə olunmuş ağacların satışı zamanı satıcı ağacın qanuni mülkiyyətini təsdiq edən müvafiq sənədi təqdim etməlidir. Əgər iynəyarpaqlı bitki şəxsi mülkiyyətdə olan torpaq sahəsində və ya süni şəkildə salınmış tinglikdə yetişdirilibsə, onun daşınması üçün mənşə haqqında arayış mütləqdir. Bu arayışı yerli bələdiyyənin meri verir”, – məlumatda qeyd olunur.


Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google