Tramp BBC-ni məhkəməyə verib
Dekabrın 15-də ABŞ prezidenti Donald Tramp Britaniyanın BBC yayım şirkətini böhtanda ittiham edərək məhkəməyə verib.

BBC Trampın şirkətdən 5 milyard dollar tələb etdiyini bildirir.

Tramp məhkəmə iddiasında yazır ki, 2024-cü il prezident seçkisindən öncə efirə verilmiş proqramda BBC onun 2021-ci il yanvarın 6-da Ağ ev qarşısındakı çıxışını bilərəkdən elə montaj edib ki, sanki
o, çıxışında tərəfdarlarını Konqres binasına hücuma çağırır. Əslində isə Tramp həmin çıxışda etirazların dinc keçirilməsinin vacibliyini vurğulayıb.

D.Tramp BBC-nin hərəkətini "seçkilərin nəticəsinə prezident Trampın ziyanına təsir göstərmək niyyəti ilə müdaxilə cəhdi" kimi təsvir edib.

Söhbət "Panorama" sənədli proqramında göstərilən "Tramp: ikinci şans" sənədli filmindən gedir. Trampın 2021-ci il 6 yanvar çıxışından sonra onun tərəfdarları Konqres binasına girərək prezident seçkisinin nəticələrinin təsdiqlənməsi prosesini pozmağa çalışıblar. Tramp həmin seçkidə demokratlardan Co Baydenə uduzmuşdu.

BBC daha öncə bəyanatında "mühakimə səhvi"ni etiraf edib, nəticədə izləyicilər Trampın zorakı hərəkətlərə çağırması barədə yanlış qənaətə gəliblər. Şirkətin iki yüksəkvəzifəli rəsmisi istefaya göndərilib. BBC Trampdan üzr istəyib.

"BBC heç kəsi aldatmaq niyyətində olmayıb", – şirkətin vəkili bildirib.

Bu proqram ABŞ-də göstərilməyib. Tramp iddianı Mayami federal məhkəməsində qaldırıb. O, məhkəmədə sübut etməlidir ki, BBC izləyiciləri bilərəkdən yanlış yönəltməyə çalışıb, yaxud düşüncəsiz hərəkət edib.

{{AUDIO}}

Son iki ildə D.Tramp bir neçə ABŞ media qurumunu məhkəməyə verib, onları yalan informasiya yaymaqda ittiham edib. CBS və ABC onunla məhkəmədənkənar razılaşma əldə edərək bir neçə milyon dollarlıq kompensasiya ödəyiblər. "The Wall Street Journal" və "The New York Times"a qarşı məhkəmə prosesləri davam edir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google