İran ABŞ prezidenti Donald Trampın təklif etdiyi TRIPP (Beynəlxalq
Sülh və Rifah naminə Tramp Marşrutu) planına qarşıdır, bunu
təhlükəsizliyə təhdid kimi görür.
Bunu İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər
Vilayəti dekabrın 15-də Tehranda Ermənistanın səfiri Qriqor Akopyan
ilə görüşdə deyib.
Qısaca "Tramp yolu" adlanan bu marşrutun Ermənistanın cənubundan
keçməsi, Azərbaycanın əsas hissəsi ilə
Naxçıvan eksklavını
birləşdirməsi nəzərdə tutulur.
"Trampın Qafqazla bağlı planı "Zəngəzur dəhlizi"ndən
fərqlənmir və İslam Respublikası tamamilə buna
qarşıdır", – Xameneinin xarici siyasət məsələləri
üzrə müşaviri deyib.
Onun sözlərinə görə, bu dəhliz İranın şimalından NATO-nun
mövcudluğuna şərtlər yaradır, "İranın şimalı və Rusiyanın
cənubuna ciddi təhdid törədir".
Azərbaycanın da "Zəngəzur dəhlizi" dediyi bu marşrutla bağlı
razılaşma avqustun 8-də Vaşinqtonda əldə olunub. Bakı və Yerevan
həmin sammitdə sülh sazişini də paraflayıblar.
Tehran daha öncə də "Zəngəzur dəhlizi"nə etirazını bildirib, onun
sərhədləri dəyişə biləciyini, İran yaxınlığında xarici hərbi təsiri
artıracağını bildirib. Vilayəti xəbərdarlıq edib ki, bu plan elə
"Zəngəzur dəhlizi" ilə eynidir, "yalnız adı dəyişib, indi isə
Amerika şirkətlərinin Ermənistana daxil olması formasında
gerçəkləşdirilir". O, Vaşinqtonu iqtisadi layihələrdən regionda
hərbi iştirakını gücləndirmək üçün yararlanmaqda suçlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP-in tikintisinə gələn
il başlanacağını deyib. Noyabrda ABŞ təmsilçiləri Bakı, Yerevan və
Tbilisidə bu marşrutla bağlı müzakirələr aparıblar.
Vaşinqtonda ABŞ prezidenti Donald Trampın şahidliyi ilə imzalanan
bəyannaməyə əsasən, Ermənistan Azərbaycanla onun Naxçıvan eksklavı
arasında "maneəsiz əlaqə" təmin etməyi üzərinə götürür, bunun
qarşılığında Ermənistana "beynəlxalq və ölkələrarası
kommunikasiyadan qarşılıqlı faydalar" vəd olunur. Azərbaycan
prezidenti TRIPP-in Orta Dəhlizin növbəti mühüm seqmentinə
çevriləcəyini, vacib nəqliyyat əlaqəsi olacağını bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.