Prezident İlham Əliyev "Konstitusiya və Suverenlik İli" (2025)
münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.
Layihəyə əsasən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda
döyüşlərdə iştirak edənlərin, bu əməliyyatlarda həlak olmuş, yaxud
itkin düşmüş insanların yaxın qohumları, "Ermənistanın mülki
əhaliyə qarşı hərbi təxribatı" nəticəsində əlil olanlar cəzadan və
ya cinayət məsuliyyətindən azad edilməlidir.
Siyahıya həmçinin qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət
törədərkən yetkinlik
yaşına çatmayanlar da daxildir.
Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır
cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə
azadlıqdan məhrum olunan bir sıra şəxslər cəzadan azad edilməli və
ya cəzalarının çəkilməmiş hissəsi azaldılmalıdır.
Layihə Milli Məclisə təqdim olunub.
Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi
gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə
cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən
artıq şəxsin cəzasının azaldılacağı proqnozlaşdırılır.
Bundan öncə Azərbaycanda amnistiya 2021-ci ildə, "Zəfər Aktı" adı
altında qəbul edilib. Ölkədə bir çox siyasi məhbus sayılan şəxslər
həmin amnistiyaya düşməmişdi və bunu hüquq müdafiəçiləri tənqidlə
qarşılamışdılar. Onlar deyirdilər ki, həmin Amnistiya aktı siyasi
məhbus sayılan şəxslərdən cəmi iki nəfərə şamil edilib.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan
həbsxanalarında 400-ə yaxın siyasi məhbus var. Rəsmilər isə ölkədə
siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar.
Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan
şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Deputat: "İstintaq altında olan şəxslər də amnistiyadan
faydalana biləcəklər"
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyir
ki, əfv sərəncamlarından fərqli olaraq Amnistiya qanunvericiliyə,
cinayət məcəlləsinə tətbiq edilir.
Deputat düşünmür ki, layihədə siyasi məhbus kimi tanınan şəxslərə
aid edilməməsi üçün ayrı maddələr seçilə bilər:
"Əksinə, ona bütöv yanaşdığımızda daha obyektiv olacaq.
Mən söylədim ki, hal-hazırda hökm çıxarılmayan, istintaq altında
olan şəxslər də amnistiyadan faydalana biləcəklər. Əgər onların bu
dəqiqə mühakimə edildiyi maddə amnistiyaya
düşəcəksə".
Amma III Respublika Platformasının qurucu üzvlərindən Araz Əliyevin
Amnistiya Aktı ilə bağlı böyük gözləntiləri yoxdur. Onun fikrincə,
hakimiyyətin xüsusilə siyasi müxalifət, vətəndaş cəmiyyətinin
üzvləri və jurnalistlərin həbsi ilə bağlı geri atmaq fikri yoxdur:
"Bəli, bəzi şəxslərin buraxılma ehtimalı hər
zamankından daha çoxdur. Hansı ki, onların məhkəmə prosesi bitib,
onlara verilən həbs müddətinin bir hissəsi başa çatıb və artıq
onların həbsdə qalmağının hakimiyyətə bu və ya digər şəkildə bir
qazancı yoxdur".
Onun sözlərinə görə, belə insanlarla bağlı hansısa bir tədbirlər
görülə bilər:
"Amma yenə də unutmamaq lazımdır ki,
Azərbaycan hakimiyyətinin avtoritar meylləri var və o, ona xüsusilə
siyasi müstəvidə rəqib olan şəxslərlə amansız mübarizə aparır. O
baxımdan, siyasi müstəvidə olan və fəaliyyəti sırf hakimiyyətə
qarşı birbaşa yönələn şəxslərin hansısa formada azad olunacağı ilə
bağlı, açığı, gözləntilərim azdır".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.