Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (GGHA) Konstitusiya
Məhkəməsinə parlament üzvlərinin təqdim etdiyi konstitusiya iddiası
üzrə
“məhkəmənin dostu” (Amicus Curiae) rəyini təqdim edib. Həmin iddia
ilə aşağıdakı siyasi partiyaların qadağan edilməsi tələb
olunur:
“Birlik – Milli Hərəkat”, “Koalisiya Dəyişikliklər naminə :
Qvaramia, Melia, Qirçi, Droa” və “Güclü Gürcüstan – Lelo, Xalq
üçün, Azadlıq üçün”.
Bu barədə məlumatı GGHA sosial
şəbəkələrdə yayıb.
Assosiasiyanın izahına görə, məhkəmə üçün mühüm məsələ ondan
ibarətdir ki, siyasi partiyaların qadağan edilməsi məsələsi son
dərəcə ağır siyasi kontekst şəraitində müzakirə olunur.
Bəyanatda qeyd olunur ki, sənəd birləşmə azadlığının
məhdudlaşdırılmasının ən sərt forması ilə bağlı beynəlxalq
standartları və milli qanunvericilik çərçivəsini təhlil edir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə əsasən, təcili
ictimai zərurətin əsaslandırılması ilə yanaşı, məhkəmə partiyanın
qadağan edilə biləcəyi tarixi konteksti də nəzərə almalıdır. Bu
baxımdan, məhkəmə aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunan ağır
siyasi mühitin mövcudluğunu nəzərə almalıdır:
• hakimiyyətin bir partiyanın əlində cəmlənməsi;
• demokratik plüralizm prinsiplərinin tədricən aşınması;
• müxalif siyasi partiyalara və müstəqil vətəndaş cəmiyyətinə qarşı
sistemli təzyiqlər;
• hüquqi çərçivənin dar partiya maraqları üçün alətə
çevrilməsi.
Bəyanatda vurğulanır ki, iddiaçı tərəfin tez-tez istinad etdiyi
“müdafiə olunan demokratiya” anlayışı demokratik sistemin,
demokratiyanın mexanizmlərindən istifadə edərək onun əsas
prinsiplərini dağıtmağa çalışan anti-demokratik qüvvələrə qarşı
özünü qorumaq üçün qabaqlayıcı, qeyri-liberal tədbirlərə əl
atmasını nəzərdə tutur. Lakin bu konsepsiya yalnız o halda məna
kəsb edir ki, siyasi sistemin özü demokratik xarakterini saxlasın.
Əgər rejim demokratik mahiyyətini itirirsə və bu anlayışı siyasi
opponentlərə qarşı istifadə edirsə, “müdafiə olunan demokratiya”
hüquqi əsasını itirir və siyasi motivli repressiyanın alətinə
çevrilir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi açıq şəkildə bildirir ki,
siyasi partiyanın qadağan edilməsi birləşmə azadlığının ən ağır
məhdudlaşdırma formasıdır və yalnız son dərəcə istisna hallarda, ən
son tədbir kimi tətbiq oluna bilər. Partiyanın qadağan edilməsi
yalnız demokratiya əleyhinə yönəlmiş təşkilatlanmış və məqsədli
fəaliyyət olduqda əsaslandırıla bilər. Ayrı-ayrı şəxslərin fərdi
bəyanatları və ya hərəkətləri əsasında bütöv partiyanın məsuliyyətə
cəlb edilməsi yolverilməzdir. Eyni zamanda, bir partiya yalnız
ideyalarının cəmiyyətin bir hissəsi üçün qeyri-populyar və ya
təhqiramiz olması səbəbindən qadağan edilə bilməz.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.