Yuxarı Lars buraxılış-keçid məntəqəsində, Şimali Osetiya
istiqamətindən növbədə təxminən 2500 ağır yük avtomobili
toplanıb.
Onlardan 2200-ü elektron növbə sistemində qeydiyyatdan keçib.
Məlumatı Rusiyanın “Kommersant” nəşri Şimali Osetiya hökumətinin
mətbuat xidmətinə istinadla yayıb.
Son bir həftə ərzində sərhədi hər iki istiqamətdə 17 min avtomobil
və 35 mindən çox insan keçib.
Nəşrin qiymətləndirməsinə görə, yüksək nəqliyyat axını
səbəbindən
Yuxarı Larsda növbələr mütəmadi olaraq yaranır. Gündəlik olaraq
Şimali Osetiyaya 500–600, Gürcüstana isə 300–350 yük avtomobili
daxil olur.
Rekonstruksiyadan sonra Yuxarı Lars buraxılış-keçid məntəqəsinin
buraxılış qabiliyyəti hər istiqamət üzrə gündə 700 yük avtomobilinə
qədər artırılsa da, faktiki olaraq 300-dən az avtomobil keçə bilir.
Turizm mövsümü yükü artırır və 39 zolaqdan 28-i minik avtomobilləri
üçün nəzərdə tutulub.
Şimali Osetiya hakimiyyəti park yeri olmayan yük avtomobillərinin
girişini məhdudlaşdırır. Hökumət iki yeni parkinq sahəsinin
tikintisini planlaşdırır: onlardan birində 1000 yük avtomobili,
digərində isə 500 minik avtomobili üçün yer olacaq. Buraxılış
məntəqəsində elektron növbə sistemi fəaliyyət göstərir ki, bu da
tranziti asanlaşdırır.
Məlumat üçün: Bu ilin yanvarında Yuxarı Larsda Şimali Osetiya
tərəfdən növbədə 2000-dən çox, iyulda 2500, noyabrda isə 980
avtomobil dayanmışdı.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.