Parlament sürətləndirilmiş qaydada baxaraq “Gürcü Arzusu”
deputatlarının nəqliyyat vasitəsini idarəetmə hüququnun vaxtından
əvvəl bərpası
və bu hüququn dayandırılması ilə bağlı məsələləri əhatə edən
təşəbbüsünü birinci oxunuşda dəstəklədi.
“İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklər 85 səslə,
yekdilliklə birinci oxunuşda qəbul edildi.
Layihəyə əsasən, inzibati xəta törətmiş şəxslərə sürücülük
hüququnun vaxtından əvvəl bərpasına imkan verən bütün normalar
Məcəllədən çıxarılır.
Eyni
zamanda, layihə nəzərdə tutur ki, 2025-ci il 10 dekabr
tarixinədək “İnzibati Xətalar Məcəlləsi”nin 116 və 123-cü maddələri
ilə müəyyən edilmiş inzibati xətanı törətmiş şəxslər birdəfəlik
tədbir çərçivəsində sürücülük hüququnun dayandırılmasından azad
ediləcəklər, lakin buna baxmayaraq cəzalandırılmış şəxs hesab
olunacaqlar.
İnzibati cəzadan – sürücülük hüququnun dayandırılmasından azad
olunmaq üçün şəxsin müvafiq orqana və ya vəzifəli şəxsə müraciət
etməsi tələb olunmur. Bu azadetmə 2026-cı il 1 fevral tarixinədək
icra edilməlidir.
Layihənin keçid müddəalarına əsasən, 2025-ci il 16 dekabr
tarixinədək Məcəllənin 45-ci, 45/1-ci və ya 115/2-ci maddələri ilə
müəyyən edilmiş inzibati xətanı törətmiş şəxslər də birdəfəlik
olaraq sürücülük hüququnun dayandırılmasından azad ediləcəklər.
„İndiyə qədər
qeyd olunurdu ki, 2025-ci il dekabrın 10-dək müvafiq xətalar və ya
cinayətlər törətmiş və buna görə də nəqliyyat vasitəsini idarəetmə
hüququndan məhrum edilmiş şəxslər... İndi isə 16 dekabr, yəni
dünənki tarix göstərilir. Dünən də daxil olmaqla, sürücülük
vəsiqəsi əlindən alınmış şəxslərə vəsiqələri mərhələli şəkildə geri
qaytarılacaq“, – bu barədə Hüquq komitəsinin iclasında Arçil
Qorduladze bildirib.
• 45-ci maddə – narkotik vasitənin, onun analoqunun və ya
prekursorun az miqdarda qanunsuz hazırlanması, alınması,
saxlanması, daşınması, göndərilməsi, həkim təyinatı olmadan
istifadəsi və ya yoxlamadan yayınma;
• 45/1-ci maddə – az miqdarda çətənə və ya marixuananın qanunsuz
alınması, saxlanması, daşınması, istifadəsi və ya təsiri altında
olmaq;
• 115/2-ci maddə – nəqliyyat vasitəsini idarə edərkən sürücünün
narkotik, psixotrop və ya yeni psixoaktiv maddənin təsiri altında
olub-olmadığını müəyyən etmək üçün yoxlamadan yayınması.
Bu hallarda şəxs Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə
sürücülük hüququnun bərpası üçün müraciət etməlidir. Bərpa dövlət
ekspertiza müəssisəsi tərəfindən verilmiş məhkəmə-tibbi
(dinamik-narkoloji) rəy təqdim edildikdən və qanunvericilik
tələbləri yerinə yetirildikdən sonra mümkün olacaq.
Bundan əlavə, müəyyən edilir ki, 2025-ci il 16 dekabr tarixinədək
“Yol hərəkəti haqqında” qanuna əsasən bal limiti tükəndiyi üçün
sürücülük hüququ dayandırılmış şəxslərə 2026-cı il 1 yanvardan
sürücülük hüququ bərpa ediləcək və sürücülük vəsiqəsinə yenidən 100
bal veriləcək. Bunun üçün də heç bir orqana müraciət tələb
olunmur.
Müvafiq səlahiyyətli orqan və ya vəzifəli şəxs 2026-cı il 1 yanvar
tarixinədək sürücülük hüququnun bərpasını və 100 balın verilməsini
təmin etməlidir.
Mövcud statistikaya əsasən, hazırda 35 445 sürücülük vəsiqəsi
dayandırılıb.
Qanun layihəsinin müəllif və təşəbbüskarları deputatlar Arçil
Qorduladze, Tornike Çeişvili, Aleksandr Tabatadze, Davit
Matikaşvili, Rati İonatamişvili, Aluda Quduşauri və Akaki
Aladaşvilidir.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.