Belarusda məhkəmə Avropa Şurasının saytını 'ekstremist' sayıb, beş gün sonra qərarı ləğv edib
Dekabrın 10-da Minsk şəhərinin Partizanski rayon məhkəməsi Avropa Şurasının rəsmi saytının "ekstremist" kimi tanınması ilə bağlı öz qərarını ləğv edib. Xəbəri "Vyasna" hüquq müdafiə mərkəzi yayıb.

Elə həmin məhkəmə dekabrın 5-də Avropa Şurasının saytının "ekstremist" kimi tanınması barədə qərar çıxarmışdı.

2020-ci ildə Belarus hakimiyyəti etirazçılara qarşı genişmiqyaslı repressiyalara başlayandan Avropa İttifaqı (Aİ) Aleksandr Lukaşenko rejiminə sərt sanksiyalar tətbiq edib. Repressiya dalğası minlərlə insanın həbsi ilə nəticələnib. "Vyasna" 2020-ci ildən bəri 7 min 840-dan çox şəxsin siyasi motivli işlər üzrə məhkum edildiyini bildirir.

Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra
sanksiyaların ikinci dalğası başlanıb. Belarus ordusu rəsmən Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmir, amma Lukaşenko ölkə ərazisini Rusiya qoşunlarının keçidi, müvəqqəti yerləşməsi üçün açıb. 2024-cü ilin sentyabrında Avropa Parlamenti Lukaşenkonun Rusiyanın Ukraynaya qarşı təcavüzündə və uşaqların aparılmasında iştirakını pisləyib, Haaqa Beynəlxalq Cinayət Məhkəməsini onun barəsində həbs orderi verməyə çağırıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google