Paşinyan hökuməti seçkidən öncə Aİ-dən kömək istəyib. Müxalifətin ittihamı
Ermənistan hökuməti gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı Avropa İttifaqından (Aİ) kömək istəyib. Bu açıqlama ilə dekabrın 15-də Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas çıxış edib.

"Ermənistanda seçkilər yaxınlaşır və biz onlara kömək üçün neyləyə bilərik? Onlar Moldovaya göstərdiyimizə oxşar, xarici zərərli müdaxilə ilə mübarizədə kömək xahiş ediblər", – Kallas Brüsseldə Aİ üzv ölkələrinin xarici
işlər nazirləri ilə birlikdə Ermənistandan həmkarları Ararat Mirzoyan ilə görüşdən öncə deyib.

Avropa diplomatı müzakirənin detallarını açmayıb. Aİ-nin öncədən yaydığı bəyanatda deyilirdi ki, Aİ Xarici İşlər Şurasının iclasından öncə "səhər yeməyi zamanı qeyri-rəsmi fikir mübadiləsi" aparılacaq.

15 milyon avro yardım
Mirzoyan isə görüşdən sonra jurnalistlərə Yerevanın seçkiqabağı Aİ-dən dəstək istəməsi barədə danışmayıb. Dediyinə görə, Avropa rəsmiləri ilə "Ermənistan-Aİ tərəfdaşlığında bütün əsas uğurlar", Ermənistan və blokun 27 üzvünün üzləşdiyi "hibrid təhdidlər" götür-qoy edilib.

İki həftə öncə Mirzoyan Brüsselə səfər edib, Kallas ilə birlikdə Ermənistanın Aİ ilə əlaqələrini dərinləşdirməyi hədəfləyən yeni "strateji gündəm" qəbul edilib. Kallas danışıqlardan sonra bildirib ki, Aİ Ermənistana əlavə 15 milyon avro yardım edəcək, bu məbləğin bir hissəsi Rusiyanın yaydığı "dezinformasiya"ya qarşı mübarizəyə xərclənəcək.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, baş nazir Nikol Paşinyan, digər rəsmilər Moskvanı bu cür müdaxilədə açıq ittiham etməyiblər. Amma Kallasın açıqladığı seçki ilə bağlı yardım xahişi onların Aİ-nin iddiaları ilə razılaşdıqlarını göstərir.

Müxalifətin hökumətə ittihamları
Ermənistanın bəzi müxalifətçiləri, Paşinyanın digər tənqidçiləri Avropa İttifaqını hakim "Vətəndaş Müqaviləsi" partiyasının seçkini udmasına kömək üçün qarşıdan gələn seçkilərə müdaxilədə ittiham edirlər. Parlamentdəki "Hayastan" müxalifət alyansından deputat Qarnik Danielyan iddia edir ki, Paşinyan hökuməti Aİ-nin yeni maliyyəsindən iyun seçkisindən öncə müxalifət qüvvələrinə qarayaxma kampaniyalarına xərcləyəcək.

"Bu hakimiyyətə qarşı çıxan hər kəsə Rusiya casusu damğası vurulur", – Danielyan Yerevanda jurnalistlərə deyib.

Aİ dəfələrlə Rusiyanın Moldova seçkilərinə müdaxilə etməsi iddiasını irəli sürüb, Moskva bunu qətiyyətlə rədd edib. Danielyan Ermənistanda eyni ssenarinin təkrarlanmasından qorxduğunu söyləyib.

Paşinyan administrasiyası bu ilin əvvəlində Ermənistanın Aİ-yə daxil olma prosesinin başlandığını bildirən qanun qəbul edib. Rusiya rəsmiləri isə Yerevanın Aİ-yə üzvlük cəhdinin ağır iqtisadi nəticələri ilə bağlı xəbərdarlıq səsləndirirlər.


Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google