Trampın kürəkəninə bağlı şirkətin Belqrad layihəsindən çıxdığı bildirilir
ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin təsisçisi olduğu investisiya şirkətinin Belqradda 500 milyon dollarlıq otel tikintisi layihəsindən çıxdığı bildirilir. Otelin tikiləcəyi yerlə bağlı qalmaqal yaranmışdı, həmin ərazi 1999-cu ildə NATO-nun bombardmanında dağıdılıbmış.

"The Wall Street Journal" Kuşnerin "Affinity Partners" şirkətini təmsil edən sözçüyə istinadla yazıb ki, dəbdəbəli kompleks planı dayandırılıb. Ərazidə bombalanmış Baş Qərargah binası
yerləşir.

Bu xəbərdən bir neçə saat öncə Serbiya Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi mədəniyyət naziri Nikola Selakoviçə ittihamnamə açıqlayıb. Onun binaların mədəni irs statusunu qanunsuz götürdüyü iddia olunur.

Sözçü deyib ki, "əhəmiyyətli layihələr birləşdirici rolunu oynamalıdır, ayırıcı deyil. Serbiya vətəndaşları və Belqrada hörmətimizdən dolayı müraciətimizi geri götürürük, indiki məqamda kənara çəkilirik".

AzadlıqRadiosu şirkətdən əlavə şərh ala bilməyib.

"İndi dağıdılmış bina əlimizdə qalacaq, bir müddətdən sonra kərpicləri, digər hissələri qopmağa başlayacaq, heç kəs də ona toxunmayacaq",
– Serbiya prezidenti Aleksandar Vuçiç dekabrın 16-da jurnalistlərə belə deyib.

Vuçiç deyib ki, “əcinnə ovunda və investisiya layihəsinin pozulmasında əli olanların hamısına” qarşı “şəxsən məhkəmə iddiası qaldıracaq”. Prezident belə şəxsləri “Serbiyaya qarşı iqtisadi sabotaj”da suçlayıb.

O, layihə ilə bağlı korrupsiya iddialarını da rədd edib:

“Heç bir korrupsiya olmayıb, heç belə bir niyyət də olmayıb”.

Etirazlar
Hökumətə qarşı çıxan etirazçılar, müxalifətçilər, Arxitektorlar Assosiasiyası çoxdan bu layihəyə qarşı çıxırdı.

"Vuçiç hökumətinin bu əmlakı... mədəniyyət baxımından qorunan mülklər reyestrindən çıxarmaq səyləri qalmaqala çevrildi. Bu, heç kəsi təəccübləndirmir", – Merilenddəki Con Hopkins Universitetində mühazirəçi və baş elmi işçi Edvard Cozef deyib. O, məsələni dekabrın 2-də Nümayəndələr Palatasının Xarici işlər üzrə Avropa alt komitəsində qaldırdığını bildirib.

Keçmiş ordu qərargahının qarşısında onun lüks kompleksə çevrilməsini sürətləndirəcək yeni qanuna qarşı etiraz aksiyası.

Trampın böyük qızı İvanka ilə evli olan Kuşner prezidentin birinci vəzifə dönəmində Ağ evdə müşavir işləyib. O, ötən il Belqradın mərkəzində 500 milyon dollarlıq "Trump Tower" kompleksinin tikiləcəyini elan edib.

Vaxtilə bu binalarda Yuqoslaviya ordusunun Baş Qərargahı yerləşirdi. NATO qırıcıları 1999-cu ilin yazında Serbiya qüvvələrinin bu ölkənin bir hissəsi olan Kosovoya hücumunu dayandırmaq kampaniyası çərçivəsində ərazini bombalayıb.

Binalar qorunma statusuna malikdir, fəallar onların memarlıq əhəmiyyəti olduğunu deyirlər.

Mədəni irs statusu necə qaldırılıb
Kontrakta görə, Serbiya kompleksin mədəni irs təsnifatını qaldırmalı idi. Ərazinin 99 illiyə pulsuz icarəyə verilməsi nəzərdə tutulurdu.

Prokurorlar mayda bildiriblər ki, ərazinin tarixi təsnifatına görə məsuliyyət daşıyan rəsmi əsas sənəddə imzanı saxtalaşdırıb və həbs olunub. Goran Vesiç adlı rəsmi ekspertin fikrini saxtalaşdırdığını etiraf edib.

"Affinity Partners" hər hansı sənəd saxtalaşdırmasında rolunun olmadığını bildirib. Şirkət həmçinin ərazidə NATO bombardmanının qurbanlarına xatirə kompleksi tikmək öhdəliyi götürmüşdü.

Dekabrın 15-də isə prokurorluq Vesiçə, Selakoviçə və Mədəniyyət Nazirliyinin daha bir rəsmisinə ordu qərargahı binalarından "mədəni irs ərazisi" statusunun qaldırılmasındakı qanunsuzluqlara görə ittiham irəli sürüb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google