"Bloomberg"in adının açıqlanmasını istəməyən qərbli
təhlükəsizlik rəsmisinə istinadən verdiyi məlumata görə, İran
Rusiyaya təxminən 2,7 milyard dollar
dəyərində ballistik və zenit raketləri tədarük edib.
Tehran Moskva ilə müqavilələri imzalamağa 2021-ci ilin
oktyabrından, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından bir neçə
ay əvvəl başlayıb. Bu müqavilələr yüzlərlə "Fatah-360" tipli qısa
mənzilli ballistik raketin, 500-ə qədər digər qısa mənzilli
ballistik raketin
və təxminən 200 zenit raketinin tədarükünü əhatə
edirdi.
Bundan əlavə, agentliyin məlumatına görə, İran Rusiyaya
milyonlarla güllə və mərmi, həmçinin "Shahed-136" dronlarını
tədarük edib və 2023-cü ilin əvvəlində imzalanmış 1,75 milyard
dollarlıq müqavilə çərçivəsində Rusiyaya onları "Geran-2" adı
altında istehsal etməyə imkan verən texnologiyanı
bölüşüb.
Ümumilikdə, Qərb mənbələrinin qiymətləndirməsinə görə, Rusiya
2021-ci ilin sonundan bəri İran silahlarına 4 milyard dollardan çox
vəsait xərcləyib. İranın Rusiyaya "Shahed-136" kamikadze
dronlarından əlavə qısa mənzilli raketlər də ötürə biləcəyi barədə
məlumatı ilk dəfə 2022-ci ilin payızında "The Washington Post"
yayıb. 2024-cü ilin fevralında "Reuters" xəbər verirdi ki, İran
Rusiyaya 2024-cü ilin yanvarından bəri təsir məsafəsi 700 km-ə
qədər olan təxminən 400 ədəd "Fateh-110" və "Zolfaghar" tipli
"yer-yer" sinifli ballistik raket tədarük edib.
2024-cü ilin sentyabrında bir neçə Qərb mediası İranın
Rusiyaya qısa mənzilli ballistik raket partiyası ötürdüyü barədə
məlumat yayıb. "The Times"ın məlumatına görə, Rusiya o vaxt 200-dən
çox "Fatah-300" (və ya "Fatah-360") ballistik raketi alıb. 2025-ci
ilin mayında İranın Rusiyaya "Fatah-360" raketlərinin buraxılış
qurğularını göndərməyi planlaşdırdığı barədə məlumat
yayılıb.
Moskva və Tehran arasında yaxınlaşma Rusiyanın 2022-ci ilin
fevralında Ukraynaya genişmiqyaslı işğala başlamasından sonra
intensivləşib ki, bu da sonradan Rusiya və İrana qarşı
sanksiyaların tətbiqinə səbəb olub ("Rusiyanın Ukraynaya qarşı
təcavüzünü dəstəklədiyinə görə"). İran hakimiyyəti Rusiyaya
ballistik raketlərin verilməsini təkzib edir.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415