Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu
bildirib ki, Ankara və Bakının Ermənistanın etirazına baxmayaraq
belə
adlandırdığı və Ermənistan ərazisindən keçən marşrut - "Zəngəzur
dəhlizi" 2030-cu ilə qədər "işə düşə bilər".
"Zəngəzur dəhlizi, ola bilsin ki, 2030-cu ilə qədər işə
düşsün", - deyə o, Türkiyənin dövlət xəbər agentliyi
"Anadolu"ya bildirib.
Nazir qeyd edib ki, layihənin icrasına
ABŞ-ın iştirakı ilə
başlanılıb və bir sıra istiqamətlərdə irəliləyiş gözlənilir.
Onun sözlərinə görə, 2025-ci ildə Türkiyə Qars-İğdır-Aralıq-Dilucu
dəmir yolunun tikintisinə başlayıb ki, bu da layihə çərçivəsində
mühüm əhəmiyyət kəsb edir; o, həmçinin bildirib ki, Azərbaycan da
öz növbəsində dəmir yolunun Naxçıvan hissəsi üzərində işləyir.
Ankara 224 kilometrlik dəmir yolunun tikintisinə 2025-ci
ilin avqustunda başlayıb.
Layihənin tərəflərindən biri olan Ermənistan isə öz növbəsində
"Zəngəzur dəhlizi" termininin istifadəsinə qarşı çıxır, çünki
erməni dilində belə bir toponim istifadə olunmur və ərazi Sünik
vilayətidir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen
Qriqoryan 2025-ci il dekabrın 6-da Dohada keçirilən forumda
İrəvanın bu terminə qarşı olduğunu bir daha vurğulayıb.
O, həmçinin əmin olduğunu bildirib ki, TRIPP – yəni "Beynəlxalq
Sülh və Rifah naminə Tramp Marşrutu" – təkcə regiona deyil, həm də
regiondan kənardakı bizneslərə və ölkələrə böyük fayda
gətirəcək.
2025-ci il avqustun 8-də ABŞ prezidenti Donald Trampın təşəbbüsü
ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə
sülh sammiti keçirilib və burada həm üçtərəfli, həm də ikitərəfli
sazişlər imzalanıb.
Həmin sammitdə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"
(TRIPP) adlı nəqliyyat dəhlizi layihəsi elan edilib.
2025-ci il dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
Gürcüstan vasitəsilə Ermənistana 22 sisternlə 1220 ton Aİ-95
markalı benzin göndərib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415