“Görünür, Qaribaşvili çətin qərarlar arasında daha az
ağır olanını seçdi – bu, onun barəsində açıq-aşkar qisasdır və buna
təsir imkanlarına malik olan qrup, yəni Kobaxidzenin qrupu kömək
göstərdi”,
– bunu “Ədalət Evi”nin qurucusu Eka Beselia “PalitraNews”
telekanalının “Siyasi Məkan” proqramında İrakli Qaribaşvilinin
həbsi barədə danışarkən bildirib.
Onun sözlərinə görə, Qaribaşvilinin həbsi ona qarşı qisasdır.
“Görünür, Qaribaşvili
ağır qərarlar arasında daha yüngülünü seçdi.
Öz istəyi ilə həbsə getmək, ittiham aktına imza atmaq, məhkəmə
araşdırması tələb etməmək asan deyil, amma görünür, daha ağır
nəticədən ehtiyat edirdi. Bu ağır nəticə yalnız cəza deyildi, yaxın
insanlarına qarşı hüquqi təqib məsələsi də gündəmə gələ
bilərdi.
Bu, Qaribaşviliyə qarşı açıq-aşkar qisasdır və buna təsir imkanına
malik olan qrup – Kobaxidzenin qrupu – yardım edib. Onun qısa,
üçsözlü başsağlığı mesajı, yəni ‘təəssüflənirəm və insani olaraq
ürəyim ağrıyır’ deməsi ikiüzlülükdür. Əminəm ki, onun rolu böyükdür
və Qaribaşviliyə qarşı İvanişvilinin belə münasibət sərgiləməsinə
səbəb olanlardan biridir”, – Beselia deyib.
Onun sözlərinə görə, Qaribaşvilinin əleyhinə gedən proseslərdə rol
oynayan insanların başında İrakli Kobaxidze dayanır.
“İnsanlar müəyyən şeylər danışır, müxtəlif hekayələr və
bəzi yazıları çatdırırlar və qərarlar da bunlara əsaslanır. Əminəm
ki, bu prosesdə rol oynayanların başında Kobaxidze və onun qrupu
dayanır. Kənardan baxanda bütün bu hadisələr qisas kimi
görünür.
Digər amillər də əlavə olunub – məsələn, etimadsızlıq: nə üçün
Liluaşvili və Qaribaşvili sanksiyaya məruz qalmayıblar, görəsən, o,
xəyanətkar olubmu? Əminəm ki, Qaribaşvilinin obrazını İvanişviliyə
bu şəkildə təqdim edirdilər.
Məhz bu cür yanaşmalar onun haqqında təqibin başlanması üçün
kifayət edib. Yoxsa kim inanır ki, bu, korrupsiyaya qarşı
mübarizədir?”, – Beselia bildirib.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415