Rubio–Mirzoyan görüşündən sonra “Tramp marşrutunun” yeni detalları məlum olur
Marko Rubio və Ararat Mirzoyan Vaşinqtonda görüş keçiriblər və bunun ardınca “Tramp marşrutunun həyata keçirilməsinə dair çərçivə razılaşmasını” dərc ediblər.

ABŞ-ın dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 13 yanvar, çərşənbə axşamı axşam saatlarında Vaşinqtonda, Dövlət Departamentində görüş keçiriblər. Görüşdən sonra onlar “Tramp marşrutunun həyata keçirilməsinin çərçivə razılaşması” adlı birgə sənədi dərc
ediblər.

Altı səhifəlik sənəd 2025-ci il avqustun 8-də Donald Tramp, Nikol Paşinyan və İlham Əliyev arasında imzalanmış razılaşmanın davamıdır. Həmin razılaşmaya əsasən Ermənistan və Azərbaycan yekun ikitərəfli sülh sazişinə doğru irəliləyirlər.

Sənədin giriş hissəsində qeyd olunur ki, layihə “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradacaq və ‘Transxəzər ticarət yolu’ üzərində həyati əhəmiyyətli bağlantı formalaşdıracaq” — bu yol həm də “Orta Dəhliz” kimi tanınır.

Sənəddə Ermənistanın “Tramp marşrutu beynəlxalq sülh və rifah naminə” (TRIPP) layihəsinin həyata keçirilməsi üçün hansı öhdəlikləri (hüquqi cəhətdən məcburi olmasa da) üzərinə götürdüyü ilə bağlı yeni detallar açıqlanır.
74% ABŞ-a, 26% Ermənistana

“TRIPP-in İnkişafı Şirkəti” — qısaca TDC — yaradılacaq. Ermənistan bu şirkətin 74%-ni ABŞ-a verəcək, 26%-ni isə özü saxlayacaq.

Məhz bu şirkət TRIPP layihəsinin inkişafına cavabdeh olacaq. Sənəddə qeyd olunur ki, “gözlənilir ki”, layihənin idarəetmə hüququ ilkin mərhələdə 49 illiyinə veriləcək.

Sənəddə yazılır: “Gözlənilir ki, Ermənistan hökumətinin əlavə kapital yatırımı ilə razılaşma əlavə 50 il müddətinə uzadılacaq və bunun nəticəsində Ermənistanın payı 49%-ə qədər artırılacaq.”

Bununla yanaşı, ABŞ şirkətin səhmdarlarında və son benefisiarlarında baş verə biləcək hər hansı dəyişikliklə bağlı — o cümlədən payın satılması, hədiyyə edilməsi, yenidən təşkil edilməsi və digər hüquqi proseslərlə əlaqədar — yekun söz demək hüququnu özündə saxlayır.


Irəvan və Vaşinqton həmçinin TDC-nin korporativ strukturu üzərində birgə işləməyə razılıq verirlər:
  1. ABŞ və Ermənistan hökumətləri multimodal tranzit yolunun idarə olunması ilə bağlı əsas qərarların qəbulunda iştirak edəcəklər;
  2. ABŞ həm ilkin töhfəsinə əsasən maliyyə gəliri əldə edəcək, həm də amerikalı şirkətlər üçün yaranan müxtəlif iqtisadi imkanlardan yararlanacaq.
Elə bu şirkət TRIPP çərçivəsində dəmir yolu və avtomobil yolu infrastrukturunu inkişaf etdirəcək və layihənin digər komponentləri üçün törəmə şirkətlər yaradacaq.

Uğur “sülhün institusionalizasiyası”ndan asılı olacaq
Ermənistan aşağıdakı öhdəlikləri qəbul edir:
  • “TRIPP-in İnkişafı Şirkəti”nə tam dəstək göstərmək;
  • Ermənistan hökumət qurumları arasında effektiv koordinasiyanı təmin etmək;
  • İcazələrin vaxtında verilməsinə şərait yaratmaq;
  • Amerika tərəfdaşları ilə açıq ünsiyyəti qorumaq;
  • Ermənistan qanunvericiliyi və beynəlxalq razılaşmalara uyğun olaraq, insanların, nəqliyyat vasitələrinin və malların — o cümlədən Azərbaycan ilə Naxçıvan arasında — hərəkəti üçün ayrıca prosedurlar yaratmaq.
Vurğulanır ki, layihənin uğuru Ermənistan–Azərbaycan münasibətlərində “sülhün institusionalizasiyasından”, Ermənistan–Türkiyə münasibətlərinin “tam normallaşmasından”, ABŞ-ın iştirakından, regional əməkdaşlıq və sabitlikdən, eləcə də Ermənistan institutlarının effektivliyindən asılıdır.

Sənəddə deyilir: “TRIPP Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın dərinləşməsini ifadə edir. Ermənistan bu layihəni infrastruktur, iqtisadi inkişaf və regional inteqrasiya sahəsində uzunmüddətli əməkdaşlığın əsası kimi qiymətləndirir.”

“TRIPP layihəsi Ermənistan ərazisində müəyyən olunmuş tranzit marşrutları çərçivəsində həyata keçiriləcək — bu marşrutların konkret yerləri gələcəkdə dəqiqləşdiriləcək.” Həmçinin vurğulanır ki, bu, “Ermənistanın suveren ərazisində layihənin bütün sahələri üzərində tam suverenliyinin qorunması şərti ilə” baş tutacaq.

“Dünyaya nümunə olacaq model”
“Biz düşünürük ki, TRIPP razılaşması dünyanın hər yerinə nümunə olacaq bir modelə çevriləcək — ölkələrin iqtisadi fəaliyyət və rifah üçün özlərini necə açmağı bacardıqlarının modeli”, - Marko Rubio jurnalistlərə bildirib.

O həmçinin vurğulayıb ki, bu layihə “heç bir şəkildə suverenliyi və ya ərazi bütövlüyünü sual altına almadan” həyata keçirilir.

“Biz düşünürük ki, bu, Ermənistan üçün də, ABŞ üçün də, prosesdə iştirak edən bütün tərəflər üçün də əla olacaq. Və nəticə etibarilə bu, bütün dünya üçün modelə çevriləcək.”
  • 2025-ci il avqustun 8-də ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sammiti keçirilmiş və həm üçtərəfli, həm də ikitərəfli razılaşmalar imzalanmışdı.
  • Həmin sammitdə “Tramp marşrutu beynəlxalq sülh və rifah naminə” (TRIPP) adlı nəqliyyat dəhlizi layihəsi də elan edilmişdi.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google