1 yanvardan Gürcüstana gəlmək istəyən xarici ölkə vətəndaşları
sərhəddə sağlamlıq və bədbəxt hadisə halları üçün sığorta təqdim
etməlidirlər.
Gürcüstan hökumətinin 2025-ci il 26 dekabr qərarına əsasən
Gürcüstana gəlmək istəyən şəxslərin sığortası olmalıdır. Sığorta
Gürcüstan və ya xarici sığorta şirkəti tərəfindən verilməlidir.
"Turistin Gürcüstana gəldikdən burada olduğu müddət
ərzində sağlamlıq və bədbəxt hadisələr zamanı sığortası olmalıdır.
Gürcüstana daxil olan zaman Gürcüstan Daxili İşlər Nazirliyinin
Patrul Polis Departamentinin məsuliyyətli şəxsi sərhəd buraxılış
məntəqəsində turistin sığortasının olub-olmadığını yoxlamaq
səlahiyyəti var", – qərarda qeyd olunub.
Sərəncama əsasən, sığortanın ödəyəcəyi məbləğ ən az 30 000 lari
həcmində olmalıdır.
DİN-nin sərhəd polisindən
"Marneuli" radiosuna
verilən məlumata görə, Gürcüstanda müvəqqəti yaşayış hüququ olan
şəxslər də sərhədi keçərkən sığorta təqdim etməlidirlər. Müvəqqəti
yaşayış sənədi olan şəxslər Gürcüstanda olduqları müddət ərzində
sığortalı olmalıdırlar. Gürcüstan sərhəd polisinin açıqlamasına
görə, Gürcüstanda daimi yaşayış icazəsi olan xarici ölkə
vətəndaşları sığorta almaya bilərlər.
Beynəlxalq sərhəd keçid məntəqəsinin keçilməsi məsələləri ilə bağlı
Patrul Polis Departamentinin qaynar xətti ilə əlaqə saxlaya
bilərsiniz:
+995322414242
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.