Yanvarın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə
Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq
hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı
olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat
yayıb.
Məlumata görə, telefon danışığı zamanı Venesuelada son hadisələr,
eləcə də Azərbaycanla bu ölkə arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlıq məsələləri müzakirə olunub.
Bildirildiyinə görə, C.Bayramov Venesuelada sülh və sabitliyin
bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar
olduğunu bildirib:
"Venesuela naziri telefon danışığı
zamanı son inkişaflar barədə ətraflı məlumat verib. Venesuelada
prezident vəzifələrinin müvəffəqiyyətlə icra edildiyini, dövlət
qurumlarının işlək vəziyyətdə olduğunu bildirib. Nazir bununla
yanaşı, ABŞ tərəfi ilə dialoqun davam etdiyini, ABŞ şirkətlərinin,
xüsusilə energetika sahəsində fəaliyyətlərinin bərpa olunduğunu,
səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün
danışıqlar aparıldığını diqqətə çatdırıb".
Açıqlamaya
görə, nazirlər Azərbaycanla Venesuela arasında
ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin davam
etdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama
Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan
əməkdaşlığın vacibliyini vurğulayıblar.
Xatırlatma
Bu il yanvarın 3-də Venesuela lideri Nikolas Maduro devrilib. Onu
ABŞ qüvvələri ölkələrinə apararaq hakim qarşısına çıxarıblar. O,
narkoterrorizm və külli miqdarda kokainin ABŞ-yə idxalında
günahlandırılır. Daha sonra Venesuelanın vitse-prezidenti Delsi
Rodriqes ölkənin müvəqqəti dövlət başçısı kimi and içərək
səlahiyyətlərinin icrasına başlayıb.
Hazırda Venesuelada neft hasilatı və ixracına ABŞ nəzarət etməyə
başlayıb.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, artıq bu həftə
Vaşinqton Venesuelaya bəzi sanksiyaları ləğv edə bilər. Məqsəd neft
satışını asanlaşdırmaq, ölkənin iqtisadi bərpasını
dəstəkləməkdir.
Venesuelaya Qərb ölkələrinin sanksiyaları 2014-cü ildə Maduroya
qarşı xalq etirazları zamanı tətbiq edilməyə başlayıb. Daha sonra
sanksiyalar zaman-zaman genişləndirilmişdi. Azərbaycan bu
sanksiyalara qoşulmurdu. 2013-cü ildə hakimiyyətə gəlmiş Maduro bu
müddət ərzində bir neçə dəfə, o cümlədən 2022-ci ildə Azərbaycanda
səfərdə olmuşdu.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.