SpaceX və Tesla-nın qurucusu İlon Mask dünyanın ilk trilyonçusu
olmaq yolunda daha bir addım atıb.
Forbes-in məlumatına görə, Mask növbəti rekordunu qıraraq cümə
axşamı sərvətini 726 milyard dollardan yuxarı qaldırıb. Hazırda isə
Forbes-in milyarderlər reytinqinə əsasən, İlon Maskın sərvəti 718,2
milyard dollar təşkil edir.
Qeyd edək ki, dekabrın 15-də Mask sərvəti 600 milyard dollara
çatan
ilk insan olmuşdu. Daha sonra isə özəl investorların onun raket
istehsal edən şirkəti SpaceX-i 800 milyard dollar dəyərində
qiymətləndirməsindən sonra amerikalı biznesmen sərvəti 700 milyard
dolları ötən ilk şəxsə çevrildi. Sərvətin artmasına Delaver Ali
Məhkəməsinin Tesla-nın səhm opsionlarını bərpa etməsi də təsir
göstərib. Həmin opsiyalar aşağı instansiya məhkəməsi tərəfindən
2024-cü ildə ləğv edilmişdi. Hazırda bu səhmlərin dəyəri 130
milyard dollar təşkil edir.
Forbes-in ən varlı insanlar reytinqində ikinci yeri Google-un
həmtəsisçisi Lari Peyc tutub. O, eyni zamanda ötən ay top-10luqda
üçüncü ən böyük itkini yaşayan şəxs olub. Buna səbəb Google-un
törəmə şirkəti Alphabet-in səhmlərinin 2% ucuzlaşmasıdır. Nəticədə,
Peycin və onun tərəfdaşı Sergey Brinin (5-ci yer) sərvəti müvafiq
olaraq 5 milyard və 6 milyard dollar azalıb. Hazırda onların
sərvəti uyğun olaraq 257 milyard və 237 milyard dollardır.
Forbes-ə görə dünyanın 10 ən varlı insanı belə sıralanır:
- İlon Mask — 726 mlrd dollar
- Lari Peyc — 257 mlrd dollar
- Lari Ellison — 245 mlrd dollar
- Ceff Bezos — 242 mlrd dollar
- Sergey Brin — 237 mlrd dollar
- Mark Zukerberq — 226 mlrd dollar
- Bernard Arno — 195 mlrd dollar
- Censen Huanq — 162 mlrd dollar
- Uorren Baffet — 149 mlrd dollar
- Stiv Balmer — 147 mlrd dollar
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.