SOCAR Avstriya və Almaniyaya Azərbaycan qazının tədarükünə
başlayıb.
Bu barədə şirkətin yaydığı açıqlamada qeyd olunur. Məlumatı Trend
agentliyi yayıb.
Xüsusilə bildirilib ki, 2026-cı ilin yanvarından etibarən SOCAR
Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Boru Kəməri
(TAP) vasitəsilə Azərbaycan qazını Avropanın digər ölkələri ilə
yanaşı artıq Avstriya və Almaniya istehlakçılarına da çatdırır.
İtaliya üzərindən Avstriya və
Almaniyaya qaz tədarükü Azərbaycan
qazının Avropadakı coğrafiyasını daha da genişləndirir və
istehlakçı ölkələrin sayını 16-ya çatdırır. 2024-cü ilin dekabrında
Azərbaycan Slovakiyaya qaz tədarükünə başlayıb, 2025-ci ilin
iyulunda isə Ukrayna da Azərbaycan qazının alınmasına start verib.
Belə ki, “Naftoqaz Ukrayna” SOCAR Energy Ukraine ilə müqavilə
imzalayıb, lakin müqavilənin dəyəri açıqlanmır.
Məlumat üçün bildirək ki, TAP vasitəsilə Avropaya Azərbaycan
qazının tədarükü 2020-ci il 31 dekabr tarixində başlayıb. TAP-ın
ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir, lakin bu
həcmin 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. 2022-ci
ilin iyulunda Azərbaycan və Avropa Komissiyası 2027-ci ilədək
Avropaya qaz tədarükünün ikiqat artırılması barədə razılığa gəlib.
İndiyədək TAP vasitəsilə Avropaya 54,3 milyard kubmetr qaz nəql
edilib.
2025-ci ildə Azərbaycan 51,5 milyard kubmetr təbii qaz hasil edib.
Bunun 14,1 milyard kubmetri Azəri–Çıraq–Günəşli yatağının, 27,9
milyard kubmetri Şahdəniz yatağının, 1,6 milyard kubmetri Abşeron
yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşür. Bu
dövrdə qaz ixracı ümumilikdə 25,2 milyard kubmetr təşkil edib.
Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri (o
cümlədən TANAP vasitəsilə 5,6 milyard kubmetr) Türkiyəyə, 2,3
milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya
tədarük olunub.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.