Xarici işlər nazirinin müavini ABŞ səfirinin vəzifəsini icra edən diplomatla görüşüb

“Gürcü Arzusu” hökumətinin xarici işlər nazirinin müavini Laşa Darsalia ABŞ-ın Gürcüstandakı səfirinin vəzifəsini icra edən Alan Parsellə görüş keçirib.


Nazirliyin mətbuat xidmətinin məlumatına görə, görüşdə immiqrasiya vizalarının verilməsinin dayandırılması məsələsi müzakirə olunub.

“Səfirin vəzifəsini icra edən diplomat açıqladı ki, dünyanın 70-dən çox ölkəsinin, o cümlədən Gürcüstan vətəndaşları üçün viza prosesinin dayandırılması yalnız immiqrasiya tipli vizalara aiddir. Qeyd etmək lazımdır ki, bu məhdudiyyət digər məqsədlər üçün verilən vizalara şamil olunmur”, – Xarici İşlər Nazirliyində bildirirlər.

14 yanvarda məlum olmuşdu ki, ABŞ 75 ölkə üçün immiqrasiya vizalarının verilməsinə məhdudiyyət tətbiq edir. Həmin ölkələr arasında Gürcüstan və onun hər üç qonşusu da var.

75 ölkədə viza verilməsi 21 yanvardan etibarən dayandırılacaq və Dövlət Departamenti viza prosedurlarına yenidən baxma prosesini başa çatdırana qədər davam edəcək.

Bununla yanaşı, təlimatlara əsasən, konsulluq nümayəndəsi bir sıra amilləri — o cümlədən sağlamlıq vəziyyətini, yaşı, ingilis dili biliyini, maliyyə vəziyyətini və uzunmüddətli tibbi xidmətə ehtiyacın olub-olmamasını nəzərə alaraq viza verilməsindən imtina etməli idi. Yaşlı və ya artıq çəkili müraciətçilərə, eləcə də dövlət tərəfindən maliyyə yardımı alan və ya institusionallaşdırmadan istifadə etmiş şəxslərə də viza qadağan edilə bilərdi.


Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox
etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print Email
FaceBook Twitter Google