Qorinin sabiq meri və hazırkı deputat ABŞ-da güləşəcək
Qorinin keçmiş meri və “Gürcü Arzusu”nun mübahisəli legitimliyə malik parlamentinin deputatı Lado Xinçeqaşvili məşhur amerikalı güləş təşkilatı – RAF ilə müqavilə imzalayıb.
Bu məlumatı RAF-ın özü yayıb.

Xinçeqaşvili siyasətə gəlməmişdən əvvəl uğurlu güləşçi idi. Onun Olimpiya Oyunlarında qızıl və gümüş medalları var.

RAF – Real American Freestyle (Həqiqi Amerika Sərbəst Güləşi) deməkdir — bu,
2025-ci ildə yaradılmış peşəkar güləş liqasıdır. Təşkilat məşhur güləşçilər Halk Hogan və Erik Bişoff tərəfindən, məşhur məşqçi İsrail “İzi” Martineslə birlikdə təsis edilib.

Təşkilatın əsas məqsədi elit güləşçilər üçün peşəkar platforma yaratmaqdır ki, onlar yüksək səviyyədə mübarizə aparıb gəlir əldə edə bilsinlər.

RAF-da görüşlər olimpik sərbəst güləşə bənzər, lakin modifikasiya olunmuş qaydalarla keçirilir. Hər görüş üç iki dəqiqəlik hissədən ibarətdir. Nəticələr əvvəlcədən müəyyənləşdirilmir. Döyüş xalla, texniki üstünlüklə (10 xal fərqi) və ya təmiz qələbə (beldən bərkidərək) ilə başa çata bilər.

Liqada olimpiya çempionları, ABŞ tələbə liqası NCAA-nın əfsanələri və UFC ulduzları mübarizə aparır. Artıq RAF-la belə idmançılar müqavilə imzalayıb: Abdulraşid Sadulayev, Kayl Deyk, Bo Nikal və Helen Marulis.

RAF-da həmçinin UFC-dən tanınan və gürcü azarkeşlərinin Merab Dvalişvili ilə qarşılaşmasından bildiyi Henri Sehudo çıxış edir. Eyni zamanda UFC-də mübarizə aparan, Gürcüstanda doğulmuş məşhur erməni döyüşçü Arman Tsarukyan da burada güləşəcək.

RAF, olimpik üslubda güləş üzrə, idman mərcinin qəbuluna rəsmi şəkildə icazə verən ilk liqadır. Təşkilatın açıqlamasına görə, bunun məqsədi daha geniş auditoriya cəlb etməkdir.

2026-cı ildən liqa fəaliyyətini genişləndirəcək və UFC-də olduğu kimi hər həftə iki saatlıq canlı yayımlar planlaşdırır.
Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google