ABŞ prezidenti Donald Tramp yanvarın 15-də Qəzzada yeni Fələstin
texnokrat hökumətinə dəstək bildirib.
O, Vaşinqtonun Qəzzada oktyabrda elan etdiyi atəşkəsin ikinci
mərhələsinin başladığını açıqlayıb.
İsrail və HƏMAS (ABŞ və Aİ terrorçu sayır) qruplaşması oktyabrda
Tramp planını təsdiqləyiblər. Plana görə, Fələstin texnokrat
hökumətinə Sülh Şurası nəzarət edəcək, bu şura Qəzzanı keçid
dövründə idarə edəcək.
Tramp başqa bir
paylaşımında özünün sədri olduğu Sülh Şurasının
qurulduğunu, üzvlərinin yaxın zamanlarda açıqlanacağını yazıb.
İsrail və HƏMAS Qəzzada atəşkəsin pozulmasına görə bir-birini
günahlandırır. Oktyabrda atəşkəsdən bəri 440-dan çox fələstinli, o
cümlədən 100-dən çox uşaq və üç israilli əsgər öldürülüb.
Amma sonuncu israilli girovun cəsədi hələ də qaytarılmayıb,
İsrailin Misirlə sərhəd keçidini hələ də açmayıb, HƏMAS isə silahı
yerə qoymur.
Fələstin texnokrat hökumətinin 15 üzvü olacaq, onu Əli Şaat idarə
edəcək. O, Qərbin dəstəklədiyi Fələstin Muxtariyyətində keçmiş
nazir müavini olub.
15 yanvar
ABŞ Qəzzada Tramp planının ikinci mərhələsinə keçdiyini elan
edir
ABŞ Qəzza sektorunda müharibənin başa çatdırılması planının ikinci
mərhələsinin başladığını elan edib. Bu haqda prezident Donald
Trampın adından onun xüsusi təmsilçisi Stiv Uitkoff X sosial
şəbəkəsində yazıb.
Yeni mərhələ keçid administrasiyasının yaradılmasını,
demilitarizasiya prosesinin başlanmasını və Qəzza sektorunun
bərpasını nəzərdə tutur. ABŞ HƏMAS qruplaşmasından razılaşma
çərçivəsində bütün öhdəliklərin tam yerinə yetirilməsini gözləyir.
Buraya sonuncu israilli girovun cəsədinin qaytarılması da daxildir.
ABŞ, Avropa İttifaqı HƏMAS-ı terror təşkilatı kimi tanıyır.
"Bu tələblərin yerinə yetirilməməsi ciddi nəticələrə
səbəb olacaq", – S.Uitkoff bildirib.
İsrail və HƏMAS 2025-ci ilin oktyabrında atəşkəsə razılaşıb, Tramp
administrasiyasının sülh planını qəbul ediblər. Birinci mərhələdə
Qəzza sektorundakı bütün sağ qalan və həlak olmuş israilli
girovların fələstinli məhbuslarla dəyişdirilməsi nəzərdə tutulub.
İkinci mərhələdə isə HƏMAS tərksilah olmalıdır.
"The Times of Israel" və "The Wall Street Journal" nəşrləri
HƏMAS-ın silahı yerə qoymaqdan imtina etdiyini, hərbi potensialını
bərpa etdiyini yazır. Mənbələrə görə, İsrail ordusu buna cavab
olaraq Qəzza sektorunda martda yeni quru əməliyyatı planları
hazırlayıb. Amma bu, yalnız ABŞ-nin dəstəyi ilə mümkün ola
bilər.
Hazırda Qəzza sektorunda bir girov qalır – Ran Qvili 2023-cü il
oktyabrın 7-də öldürülərək oraya aparılıb.
Qətər, Türkiyə və Misir danışıqlarda vasitəçilik edirlər. Onlar
Fələstin Muxtariyyətinin təmsilçisi Əli Şaatın rəhbərliyi ilə
Qəzzanın idarə olunması üçün Fələstin texnokrat komitəsinin
yaradılmasını alqışlayıblar. Birgə bəyanatda deyilir ki, bu addım
vəziyyətin sabitləşməsinə, sektorda humanitar durumun
yaxşılaşmasına töhfə verə bilər.
2023-cü ilin oktyabrında Fələstinin radikal HƏMAS qruplaşması
İsrailə hücumundan sonra Qəzzada müharibə başlayıb. İsrailə hücumda
min 200 nəfər öldürülüb. İsrailin bundan sonra Qəzzada başlatdığı
əməliyyatlarda azı 67 min fələstinli qətlə yetirilib. Ötən ilin
oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan Qəzza
razılaşmasına əsasən, HƏMAS əsir götürdüyü israilli girovlardan sağ
qalanları buraxıb, öldürülən girovların isə meyitlərini təhvil
verməyə başlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.