Rusiya prezidenti Vladimir Putin yanvarın 12-də Yeni ildən sonra
ilk açıq görüşünü keçirib.
Amma nə ABŞ-nin Venesuelaya reydindən, Nikolas Maduronun ələ
keçirilməsindən danışıb, nə də İranı çalxalayan, minlərlə insanın
öldürüldüyü etirazlardan.
Putin baş nazir müavini ilə Rusiyanın emal sənayesini, acınacaqlı
kosmik proqramını müzakirə edib.
Düşünmək olardı ki, müttəfiq ölkələrdə sabitliyin bunca pozulmasına
Moskva daha dinamik reaksiya
verəcək. Axı Kreml onlarla illərlə
isti əlaqə saxlayıb, iqtisadi, hərbi səbəbləri də olub, Birləşmiş
Ştatları çıxdaş etmək niyyəti də.
"Putin heç nə demir"
"Rusiyalılar bu məsələlər haqda nəsə deməlidir, (Xarici
İşlər Nazirliyi) gözlənilən tənqidi səsləndirəcək, amma ümumilikdə
Rusiya ABŞ-ni çox açıq tənqid etmək istəmir, buna görə də Kreml və
Putin tamamilə susur", – Ceyms Martin Nüvə
Silahlarının Yayılmaması Mərkəzində Avrasiya Proqramının direktoru
Hanna Notte bildirib.
Onun fikrincə, ABŞ administrasiyası öz maraqlarını hərbi
vasitələrlə, həm də cəzasız qalaraq həyata keçirir və Rusiya da
bunun fonunda zəif görünür:
"Məncə, Rusiya ABŞ-nin
hərəkət istiqamətini dəyişdirmək və ya onu müəyyən mənada
dayandırmaq üçün heç nə edə bilməz. Belə bir durumda Vladimir Putin
nə deyə bilər? O heç nə demir".
Yaxın Şərq üzrə ekspert Nikol Qrayevski isə Kremlin susduğunu
düşünmür:
"Bəlkə də, sadəcə, arxa planda nələr
etdiklərini görmürük, xüsusilə də İranda".
Keçmiş jurnalist, Yaxın Şərq üzrə mütəxəssis Ruslan Süleymanov isə
bugünlərdə Moskvanın əsas prioritetinin Ukrayna olduğunu deyir.
"Kreml hazırda tamamilə fərqli problemlərlə məşğuldur.
Putin üçün Ukraynada daha bir kəndin ələ keçirilməsi (Suriyanın
dekabrda devrilmiş lideri Bəşər) Əsəd rejimini xilas etməkdən daha
önəmlidir", – o, “Current Time”a bildirib.
"Qətiyyən qəbuledilməz"
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Mayk
Ekkel yazır ki, keçmişdə belə bir hərbi hücum, hökumətə qarşı
etirazlar, yaxud mübahisəli seçki olanda, Vaşinqton da birbaşa,
yaxud dolayısı ilə qatılanda Rusiya rəsmiləri dərhal reaksiya
verərdilər, təmkinli olmağa, kənar ölkələri, yəni ABŞ-ni kənar
durmağa çağırardılar.
Putin 2007-ci ildə Münhendə deyirdi:
"Bir ölkə,
Birləşmiş Ştatlar hər sahədə milli sərhədlərini
aşıb".
Ötən ilin yanvarında Donald Tramp Ağ evə qayıdandan Kremlin tonu
səngiyib.
ABŞ xüsusi qüvvələri yanvarın 3-də Karakasda reyd keçirib Maduro və
arvadını tutanda Rusiya XİN bunu "silahlı təcavüz" adlandırdı.
ABŞ qüvvələri yanvarın 7-də Rusiya bayrağı ilə üzən neft tankerini
ələ keçirəndə ilk reaksiya Rusiya Nəqliyyat Nazirliyindən
gəldi.
İranda antihökumət etirazlarına isə yanvarın 12-də Rusiya
Təhlükəsizlik Şurasının başçısı Serfey Şoyqu reaksiya verib,
"xarici qüvvələrin İranın daxili işlərinə daha bir müdaxilə cəhdi"
baş verdiyini deyib.
Bir gün sonra XİN bildirdi ki, Ağ evin Tehrana təhdidləri "qətiyyən
yolverilməzdir".
"İran Venesueladan vacibdir"
"Rusiyalıların bu məsələlərə çox diqqət yetirməsinin
mənası yoxdur", – tarixçi, Con Hopkins
Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin professoru
Sergey Radçenko belə deyir.
"Vəziyyət pisləşərsə, onlar üçün çox şey etmək
alınmayacaq. Buna görə də sadəcə ABŞ/İsrailin İrana mümkün
zərbələri ilə bağlı fikirlərini və dualarını dilə gətirdilər,
Venesuela ilə bağlı susdular", – o əlavə edir.
Radçenko Kremlin Tramp administrasiyası ilə münasibətini yaxşı
saxlamağa çalışdığını iddia edib.
"İnqilabi bir dünya qalmayıb, Kreml də buna görə
hansısa liderlik roluna iddia etməkdən çox uzaqdır. Buna görə də
onlar praqmatik şəkildə bu məsələlərin əhəmiyyətini azaltmağa
çalışırlar. Anlayırlar ki, hay-küy salmağın onlara heç bir faydası
olmayacaq, Ukrayna münaqişəsində ABŞ-yə qarşı Rusiya
diplomatiyasını da zəiflədə bilər", – təhlilçi
vurğulayır.
2024-cü ilin dekabrında Rusiyanın başqa bir müttəfiqi Əsəd Suriyada
qəfil devrildi. Moskva bununla Yaxın Şərqdə tərəfdaşını itirdi.
Moskvanın dünyanın o biri başında yerləşən Venesuelada hadisələrə
təsir etmə qabiliyyəti daha məhduddur.
Venesueladan sonra Kubada kommunist hökuməti çökərsə, daha bir
problem meydana gələr. Kubanın Moskva ilə əlaqələri 1960-cı illərə
dayanır. Amma ekspertlər Rusiyanın bu halda da cavab verməkdə
çətinlik çəkəcəyini deyirlər.
Rusiya ilə dəniz sərhədi olan İranla bağlı durum daha təcilidir, -
Qrayevski belə deyir:
"Əgər İran da çökərsə, Rusiya
üçün bu, sadəcə aşağılanma deyil, onların yanında duran sonuncu
avtoritar ölkənin iflası olar... Şimali Koreyanı kənara
qoysaq".
"İran Rusiya üçün Venesueladan daha vacibdir. Buna görə
də Rusiya burada rejimin ayaqda qalmasını təmin etməkdə
maraqlıdır", – Qrayevskinin fikirləridir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.