İran qəzetləri etirazlardan nə yazır. Meyitin qolunda tatunu görməyib morqa qaytarıblar
İranda üç həftədir davam edən etirazlarda dünya ilə əlaqə kəsilib. Xaricdən ölkədə çap olunan qəzetlərə çıxış da yoxdur. AzadlıqRadiosunun fars xidməti (Radio Fərda) "Şərq" və "Ham-Mihan" qəzetlərində çıxan dörd məqaləni əldə edib. Ölkədə mediaya senzuraya baxmayaraq, bu məqalələr etirazların necə zorakılıqla yatırdılmasına işıq salır.

ABŞ-də yerləşən HRANA insan haqları qrupu indiyədək 2 min 677 ölümün təsdiqləndiyini
bildirir. Amma daha yüksək rəqəmlər də səslənir.

"Başı, üzü şişib, qan içindədir"
"Ham-Mihan" yazır ki, qurbanların qohumları Kəhrizak morquna onları tanımağa gedəndə birinci gün meyitlərə baxmağa icazə veriblər. Amma artıq ikinci gün bu qayda dəyişib, meyitlərin üzlərinin fotoları ekrana yerləşdirilib və qohumlar qurbanları bu yolla tanımağa çalışıblar. "Radio Fərda" yazır ki, bu, meyit sayının çox yüksək olduğunu, bununla da onları tanımaq prosesini sürətləndirmək istədiklərini göstərir.

Qəzetin başqa bir məqaləsində deyilir ki, meyitlərin bəziləri pis vəziyyətdə olduğundan onları tanımaq çətindir. Bir qadın ekranda gördüyü fotonun qardaşına aid olmasına əmin ola bilmir, çünki "başı, üzü şişib, qan içindədir".

Qurbanın ailəsi dəfn üçün yer də hazırlayır, amma sonra qardaşının qolunda tatunu görməyəndə meyiti morqa qaytarırlar.

Həmin qadın morqa gələnlərə tövsiyə edir ki, əmin olmaq üçün tatu kimi əlamətləri axtarsınlar.


15-16 yaşlı yeniyetmələr
"Ham-Mihan" qurbanların tərkibinə də ötəri toxunur. Qurbanlar arasında qadınların daha az olduğunu, həmçinin xeyli sayda 15-16 yaşlı yeniyetmənin öldürüldüyünü yazır. Qohumları onların etirazlara getmədiyini, sadəcə yoldan keçdiyini, kənardan baxdığını deyir.

"Şərq" qəzeti oxşar məqalə dərc edib. 27 yaşlı Höccətin qohumu deyib ki, o, Almaniyaya köçməyə hazırlaşırdı, mağazada alış-veriş edərkən güllələnib.

Dayısı öldürülən bir tibb bacısı deyir ki, "bugünlərdə xəstəxanaya aparılan hər kəs başından və sinəsindən yaralanıb". Bu iddia doğrudursa, etirazçılara hədəfli atəş açılması haqda fəalların dediyini təsdiqləyir.

"Şərq" göz xəsarətlərinin sayının yüksək olduğunu, bunun isə ixtisaslaşmış göz xəstəxanalarının yükünü artırdığını yazıb.

Qəzet xəstəxanalarda həkim və tibb bacısı çatışmadığını da qeyd edir.

"Radio Fərda" 2022-ci il etirazlarında təhlükəsizlik qüvvələrinin etirazçılara yaxın məsafədən başına və üzünə atəş açdığını yada salır. Onların çoxu görməni həmişəlik itirib. Bəzi hallarda isə gözdən girən güllə beyinə keçərək ölümə səbəb olub.

Həbsdə olmağın yaratdığı məmnunluq
"Şərq" xeyli sayda saxlananın olduğunu bildirir. Yanvarın 10-da Evin həbsxanasına qarşısına yığışan kişilər və qadınlar yaxınlarından xəbər tutmağa çalışıblar.

Bir çox ailələr iddia ediblər ki, saxlananın etirazlarda heç bir rolu olmayıb, yoldan keçirmiş, yaxud kənardan baxırmış.

İslam respublikası rəsmiləri xəbərdarlıq ediblər ki, etirazlara qatılanlarla "terrorçu" kimi davranacaqlar, bu isə ailələrin narahatlığına səbəb olub.

Bir qadın qəzetə deyib ki, oğlu həbs olunub, Evinə aparılıb. Amma onun ayağı sınmışdı, heç bir tədbirə qatılmasına icazə verilmirdi.

Bəzi ailələr isə yaxınlarının həbsdə olmasından məmnundurlar - sağdırlar, sonucda buraxıla bilərlər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google