Audit Marneuli Bələdiyyəsinin 2024–2025-ci illər üçün büdcə xərclərini araşdıracaq
Dövlət Audit Xidməti Marneuli Bələdiyyəsinin 2024–2025-ci illər üzrə fəaliyyətinin uyğunluğunu yoxlayacaq. Audit Xidməti tərəfindən dərc edilmiş audit fəaliyyət planına əsasən, 2026-cı il ərzində 47 audit aparılacaq. O cümlədən Kvemo Kartlinin iki bələdiyyəsində — Qardabani və Marneulidə də araşdırmalar həyata keçiriləcək.

Auditin məqsədi bələdiyyənin 2024–2025-ci illərdə həvalə edilmiş səlahiyyətləri çərçivəsində həyata keçirdiyi fəaliyyətin qanunvericiliyə və digər tənzimləyici normalara
uyğunluğunu yoxlamaqdır. Araşdırma büdcə proqramlarının istiqamətlərini, əmlakın sərəncamını və bələdiyyə tərəfindən yaradılmış hüquqi şəxslərin idarə olunmasını da əhatə edəcək.

47 auditdən 5-i maliyyə auditi, 35-i uyğunluq auditi, 7-si isə effektivlik auditi olacaq.

Dövlət Audit Xidməti bildirir ki, 2025-ci ildən etibarən ayrı-ayrı nazirliklərin maliyyə auditləri əvəzinə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların konsolidasiya edilmiş (birləşdirilmiş) maliyyə hesabatlarının auditinə başlanılıb. Nəticədə konsolidasiya edilmiş büdcənin vəsaitlə əhatə olunma dərəcəsi xeyli artıb. 2026-cı ildə isə Dövlət Audit Xidməti hökumətin konsolidasiya edilmiş (birləşdirilmiş) maliyyə hesabatlarının da auditini aparacaq.

Hələlik Qardabani və Marneuli bələdiyyələrinin nə vaxt araşdırılacağı məlum deyil.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google