Çeçenistan liderinin oğlu Adəm Kadırov avtomobil qəzasından sonra
Qroznıdakı xəstəxanaya çatdırılıb.
Bu barədə "Kavkaz.Realii" iki mənbəyə və müxalif Telegram-kanallara
istinadən xəbər verir.
"Niyso" müxalif çeçen hərəkatının məlumatına görə, Kadırovun
korteji yüksək sürətlə hərəkət edərkən qəfildən maneə ilə
qarşılaşıb:
"Maşınlar bir-birinə çırpılmağa başlayıb,
xəsarət alanların çox olduğu barədə məlumatlar var, amma təlaş məhz
Adəmə görədir".
"Fortanqa" kiçik Kadırovun
təcili olaraq Moskva xəstəxanasına
aparıldığını bildirir.
18 yaşlı Adəm Çeçenistan lideri Ramzan Kadırovun ən məşhur
övladlarından biridir. 2023-cü ilin sentyabrında Kadırov o vaxtlar
15 yaşlı Adəmin Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli
istintaq təcridxanasında döydüyünü göstərən video yayımlamışdı.
Bundan sonra kiçik Kadırov yüksək vəzifələr və mükafatlar almağa
başlayıb. A.Kadırov habelə Çeçenistan Təhlükəsizlik Şurasının
katibi və respublika Daxili İşlər Nazirliyinin kuratorudur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.