Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları
Kvemo Kartli Regional Prokurorluğu ilə koordinasiyada aparılan
əməliyyat-axtarış
və istintaq tədbirləri nəticəsində əvvəlcədən əlbir olan qrup
tərəfindən külli miqdarda saxta aksiz markalarının hazırlanması və
istifadəsi, həmçinin həyat və sağlamlıq üçün təhlükəli olan saxta
məhsulların istehsalı faktı üzrə Gürcüstanın iki vətəndaşını
saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Rustavi
şəhəri, Mesxişvili küçəsi 6
ünvanında yerləşən “Algani
Təhlükəsizlik Şirkəti” MMC-nin ofisində müxtəlif markalı araqlar
istehsal edir, eyni zamanda saxta aksiz markaları çap edərək həmin
spirtli içkilərin üzərinə yapışdırırdılar. Hazırlanan saxta
məhsullar Kvemo Kartli ərazisində yerləşən satış məntəqələri və
iaşə obyektlərində realizə olunurdu.
Ofisdə, onun yaxınlığında saxlanılan avtomobildə və ticarət
obyektlərində aparılan axtarışlar zamanı müxtəlif markalara aid, o
cümlədən “Stolichnaya”, “Nemiroff”, “Black Sea”, “Filandia”,
“Talka”, “Koskenkorva Vodka”, “Parliament” və “Gray Goose” olmaqla
ümumilikdə 204 şüşə saxta spirtli içki, doldurulmağa hazır 402 ədəd
boş şüşə, spirtli içkilərin hazırlanması üçün avadanlıq və
materiallar, 1 053 ədəd saxta aksiz markası, həmçinin saxta aksiz
markalarının elektron fayllarının saxlandığı kompüter texnikası
müsadirə edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200¹-ci maddəsinin 2-ci
hissəsi və 197-ci maddəsinin 3-cü hissəsi üzrə istintaq aparılır.
Bu maddələr 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə
tutur.
Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta spirtli içkilərin
ticarət obyektlərindən çıxarılması məqsədilə istintaq tədbirlərini
fasiləsiz rejimdə davam etdirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.