Radikal faşist qruplaşmalarının 16 üzvü saxlanılıb – onların 10-u yetkinlik yaşına çatmayanlardır
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları ölkə miqyasında keçirilən polis tədbirləri nəticəsində radikal faşist qruplaşmalarının 16 üzvünü saxlayıblar. Saxlanılanlar arasında 10 yetkinlik yaşına çatmayan şəxs var. Bu barədə Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze brifinqdə məlumat verib.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər özlərini neonasist adlandırır və faşist ideologiyasını rəhbər tuturdular. Nüfuzlarını artırmaq və tanınmaq məqsədilə
onlar öz ideologiyalarını qəbul etməyən müxtəlif yaş qruplarından olan şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı xüsusi amansızlıqla fiziki və psixoloji zorakılıq tətbiq ediblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qruplaşma üzvləri qurbanlara qarşı törədilən zorakılıq, ləyaqəti alçaldan hərəkətlər və psixoloji təzyiq hallarını mobil telefonlarla çəkərək foto və video materialları müxtəlif internet platformalarında yayıblar.

Bu zorakılıq əməlləri nəticəsində 10-dan çox şəxs zərər çəkib, onların arasında 4 yetkinlik yaşına çatmayan da var.

Saxlanılan şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar zamanı mobil telefonlar, maskalar, müxtəlif elektron avadanlıqlar, nasist simvolikasına aid əşyalar, həmçinin odlu və soyuq silahlar müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 144¹-ci maddəsinin ikinci hissəsinin “z” bəndi və həmin maddənin üçüncü hissəsinin “b” bəndi ilə istintaq aparılır. Bu maddələr əvvəlcədən məlumatlı olmaqla, qrup halında yetkinlik yaşına çatmayanlara qarşı qeyri-insani rəftar hallarını nəzərdə tutur və 10 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

Daxili İşlər Nazirliyi xatırladır ki, radikal faşist qruplaşmalarının iki lideri – Levan Abesadze və Davit Caparovi analoji ittihamlarla hazırda penitensiar müəssisədə cəza çəkirlər. Bir neçə ay əvvəl isə qruplaşmanın daha 7 üzvü saxlanılmışdı. İstintaqın məlumatına görə, buna baxmayaraq, həmin ideologiyanın digər tərəfdarları zorakılıq əməllərini davam etdiriblər.

Cinayət işi üzrə istintaq tədbirləri intensiv rejimdə davam etdirilir. Məqsəd faşist ideologiyasına malik zorakı qruplarla əlaqəsi olan digər şəxslərin müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Vaja Siradze ictimaiyyəti bu cür cinayət əlamətləri aşkar edildikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb ki, yetkinlik yaşına çatmayanlara qarşı amansız rəftarın və radikal ideologiyanın gənclər arasında yayılmasının qarşısı alınsın.

Eyni zamanda, Tbilisi Polis Departamentinin direktoru uğurla həyata keçirilmiş polis əməliyyatına görə paytaxt polisinin əməkdaşlarına təşəkkür edib.

Prokurorluğun məlumatına görə isə Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə İdarə əvvəlcədən əlbir olan mütəşəkkil qrup tərəfindən yetkinlik yaşına çatmayanın işgəncəyə məruz qalması, soyğunçuluq, qrup halında zorakılığın təşkili və bu əməllərdə iştirak faktları üzrə 16 nəfərə rəsmi ittiham irəli sürüb.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google