İnterpolun qırmızı bülletenlə axtarışda olan Türkiyə vətəndaşı Batumi şəhərində saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsi və Miqrasiya Departamentinin əməkdaşları tərəfindən İnterpol xətti ilə qırmızı bülleten əsasında axtarışda olan Türkiyə Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü A.Ç. Batumi şəhərində saxlanılıb.

Saxlanılan şəxs Türkiyə Respublikası tərəfindən müxtəlif növ cinayətlərdə, o cümlədən hədə-qorxu, təhqir, eləcə də döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanılması ittihamları ilə axtarışda
olub.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində A.Ç. Batumi ərazisində saxlanılıb.

Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google