Batumi–Sarpi magistral yolunun tikintisi üçün elan olunmuş beynəlxalq tenderin müddəti yenidən uzadıldı
Batumi–Sarpi magistral yolunun 11.3 kilometrlik hissəsinin tikintisi üçün elan edilmiş beynəlxalq tenderin yekunlaşdırılma müddəti yenidən uzadılıb.

Avtomobil Yolları Departamentinin yaydığı məlumatda bildirilir ki, tenderə təkliflərin qəbulu 10 fevral tarixində başa çatacaq. Qeyd edək ki, əvvəlcə təkliflərin qəbulu 2025-ci il dekabrın 22-də bitməli idi, daha sonra isə müddət 20 yanvara qədər uzadılmışdı.

Layihə Asiya İnkişaf Bankının kredit
və dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Tikinti işlərinin müddəti 48 ay nəzərdə tutulub.

Xatırladırıq ki, Batumi–Sarpi yolunun tikintisi layihəsi çərçivəsində 11.3 km-lik 2 zolaqlı yol, 7.6 km-lik tunel, həmçinin 3 körpü, onlardan biri 1.47 km uzunluğunda viaduk və 500 metr uzunluğunda dəniz sahilinin möhkəmləndirilməsi üçün infrastrukturun inşası planlaşdırılır.

Batumi–Sarpi 11.3 km-lik yol, Şərq–Qərb sürətli avtomagistralının vacib hissəsidir. Bu yol Batumi şəhərinin ətrafından keçən magistral yolla birləşəcək və Gürcüstanın sərhədini Türkiyə ilə birləşdirəcək.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google